Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunik

Elmir Vəlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Elmir Vəlizadə

Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini, 2-ci dərəcə dövlət müşaviri.

Elmir Vəlizadə
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
2 fevral 2018 – 14 iyun 2021
NazirRamin Quluzadə
Rəşad Nəbiyev
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini
7 mart 2014 – 13 fevral 2017
NazirƏli Abbasov
Ramin Quluzadə
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini
26 dekabr 2007 – 7 mart 2014
NazirƏli Abbasov
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri
19 iyul 2005 – 26 dekabr 2007
Prezidentİlham Əliyev
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri
12 aprel 1998 – 19 iyul 2005
PrezidentHeydər Əliyev
İlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 25 dekabr 1964(1964-12-25) (61 yaş)
Doğum yeri
  • Mingəçevir, Azərbaycan SSR, SSRİ

Təltifləri "Tərəqqi" medalı — 20152015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Elmir Tofiq oğlu Vəlizadə 25 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.

Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 1998-də Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri, 19 iyul 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilmişdir.

26 dekabr 2007-ci ildə bu vəzifədən azad edilərək Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilmişdir. 2014-cü ildə rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2 fevral 2018-ci ildə isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.

Elmir Vəlizadə 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 1 övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elmir vəlizadə sözünün mənası, elmir vəlizadə haqqında məlumat. elmir vəlizadə nədir? elmir vəlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Diyarbəkir

  • Mart 01, 2026

    Hidayət Orucov

  • Mart 01, 2026

    Draqun

  • Fevral 27, 2026

    Robinzon Kruzo

  • Fevral 27, 2026

    Armen Qaro

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst