Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Elmir Bağırov

  • Ana Səhifə
  • Vikipediya
  • Elmir Bağırov

Elmir Bağırov (28 aprel 1980, Hişkədərə, Masallı rayonu) — Saatlı rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru.

Elmir Bağırov
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
24 avqust 2020-ci ildən
    ƏvvəlkiNazim İsmayılov
    Şəxsi məlumatlar
    Doğum tarixi 28 aprel 1980(1980-04-28) (45 yaş)
    Doğum yeri
    • Hişkədərə, Masallı rayonu, Azərbaycan
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • BDU Sosial elmlər və psixologiya fakültəsi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • siyasi elmlər doktoru[d]
    Elmi adı
    • dosent

    Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

    Mündəricat

    Həyatı

    Elmir Məmməd oğlu Bağırov 1980-ci il aprel ayının 28-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə orta məktəbə getmiş, 1997-ci ildə Elşad Ağayev adına Hişkədərə kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

    1997-ci ildə Bakı Dövlət Universitetinin sosial elmlər fakültəsinin politologiya ixtisasına daxil olmuşdur. 2001-ci ildə bu ixtisasın bakalavr pilləsini bitirirək, həmin ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin "dünya siyasi prosesləri və beynəlxalq münasibətlərin nəzəriyyəsi" ixtisası üzrə magistraturaya daxil olmuşdur.

    2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əyani doktoranturasına daxil olmuş, 2006-cı ildə bitirmişdir. 2008-ci ildə Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilovun elmi rəhbərliyi ilə "Xəzər regionunda Azərbaycanın milli mənafeyinin prioritet istiqamətləri" adlı doktorluq dissertasiyasını müdafiə edərək, respublikada ən gənc "siyasi elmlər üzrə fəlsəfə doktoru" elmi adı almışdır.

    Ailəsi

    Ailəlidir, 3 övladı var.

    Fəaliyyəti

    Əmək fəaliyyəti

    2004-cü ildən Heydər Əliyev Fondunun "azerbaijan.az" layihəsinin koordinatoru olmuş, 2005-ci ildə Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin aparıcı mütəxəssisi vəzifəsindən 2014-cü ildə Humanitar Proqramlar Departamentinin rəisi vəzifəsinədək yüksəlmişdir.

    2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Kompleksi İdarəsinin aparat rəhbəri, 20 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Fərmanından sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri vəzifəsində çalışırdı.

    Siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov 2009-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasın "siyasi idarəetmə və politologiya" kafedrasında müəllim və 2012-ci ildən "beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.

    2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosentidir. 10-dan artıq Beynəlxalq elmi konfransların iştirakçısı və məruzəcisi olmuş, 24 elmi məqaləsi respublika və xarici elmi jurnallarda nəşr olunuşdur.

    2020-ci il avqustun 24-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Elmir Məmməd oğlu Bağırov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elmir bağırov sözünün mənası, elmir bağırov haqqında məlumat. elmir bağırov nədir? elmir bağırov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 26, 2026

      Süxurlar

    • Mart 05, 2026

      Robert Kirşner

    • Mart 06, 2026

      DFB-Pokal

    • Mart 01, 2026

      Köçəsgər

    • Mart 01, 2026

      Siqhlər

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Mart 04, 2026

      Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst