Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Komo FK(it. Calcio Como 1907) — İtaliyanın Lombardiya bölgəsində, Komo şəhərində yerləşən futbol klubu. Klub, 1907-ci ildə təsis edilmişdir və hazırda İtaliyanı

Komo FK

  • Ana Səhifə
  • Vikipediya
  • Komo FK

Komo FK(it. Calcio Como 1907) — İtaliyanın Lombardiya bölgəsində, Komo şəhərində yerləşən futbol klubu. Klub, 1907-ci ildə təsis edilmişdir və hazırda İtaliyanın A Seriyası liqasında mübarizə aparır. Klub ev oyunlarını 13.602 tamaşaçı tutumuna malik Stadio Giuseppe Sinigaglia stadionunda keçirir.

Komo FK
Calcio Como 1907
Loqonun şəkli
Komo FK emblemi
Klubun tam adı Calcio Como 1907 S.r.l.
Ölkə İtaliya
Ləqəb(lər) Lariani
Kodu Komo FK
Yaranma tarixi 1907
Stadionu Stadio Giuseppe Sinigaglia
Tutumu 13,602
Sahibi SENT Entertainment
Prezidenti Dennis Wise
Baş məşqçisi Sesk Fabreqas
Liqa A Seriyası
2023–24 B Seriyası 2-ci yer
Ev forması
Səfər forması
Üçüncü forma
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

İlk illər

"Komo FK", 1907-ci ildə bir qrup istilikli futbol həvəskarı tərəfindən yaradılmışdır. İlk dövrlərdə klub əsasən yerli liqalarda mübarizə aparır və əsas məqsədi şəhərin gənclərini idmana cəlb etmək idi. Klub rəsmi olaraq 1926-cı ildə İtaliya Futbol Federasiyası tərəfindən tanınmış və o vaxtdan etibarən regional liqalarda iştirak etməyə başlamışdır. İlk illərin çətinlikləri və məhdud imkanları ilə mübarizə aparan "Komo", əsasən yerli və regional turnirlərdə möhkəmlənir.

İtaliya üçün cəhənnəm kimi keçən kinci dünya müharibəsindən sonra İtaliya futbolu, çətin dövrü arxada qoyaraq yenidən canlanmağa başlayır. "Komo" isə 1949-cu ildə tarixi bir uğur əldə edərək B Seriyasına yüksələ bilir. 1949–1950 mövsümündə kluba sadiq olan çoxlu azarkeşlər və futbolçularının səyləri nəticəsində "Komo", B Seriyasında heyətini formalaşdıraraq daha üst liqalara çıxmağı planlaşdırırdı. 1955-ci ildə klub gərgin səylərin nəticəsində ilk dəfə İtaliya A Seriyasına vəsiqə qazanır. Bu uğur, klubun tarixində ən böyük nailiyyətlərdən biri kimi qeyd edilir.

Qızıl dövr

1970–1980-ci illər "Komo" üçün ən əlamətdar dövrlərdən biri olaraq yadda qalır. Klub, bu dövrdə bir neçə dəfə A Seriyasına qatılmağa nail oldu. Xüsusilə, 1975–1978-ci illərdə qızıl dövrünü keçieən "Komo", İtaliya futbolunun ən üst liqasında davamlı olaraq mübarizə aparır. Bu illərdə "Komo" xüsusilə gənc istedadların kəşfi və inkişafı üçün tərtib etdiyi proqramlar sayəsində uğur qazanır. Hətta klub, İtaliya Kubokunun yarımfinal mərhələsinə qədər gedə bilir.

Çöküş dövrü

1980-ci illərin sonlarına yaxın və 1990-cı illərdə "Komo" maliyyə problemləri ilə üzləşir. Klub, əsas sponsorların dəstəyini itirir və bu da klubun nəticələrində özünü göstərir. 1989-cu ildə klub B Seriyasına düşür. Maliyyə vəziyyətinin daha da pisləşməsindən sonra klub nöbvəti il İtaliya C1 Seriyasına düşür.

2002-ci ildə A Seriyasına qayıdır. Lakin "Komo" yüksək liqada iştirakı cəmi bir mövsüm davam edir və lıub təkrar aşağı liqaya düşür. "Komo"nun ev stadionu olan Sinigaglia isə azarkeşlərinin davranışına görə diskvalifikasiya edilir. Sonrakı mövsümlərdə "Komo" C2 seriyasına qədər düşür və komanda iflas prosedurlarına görə peşəkar futboldan kənarlaşdırılır. Bu prosesdən sonra 2004-cü ildə eyni rənglərdə, eyni gerb və tarixə sahib yeni "Komo" (it. Calcio Como) klubu yaranır. Yeni komanda D Seriyasında mübarizəyə (dördüncü liqa) başlayır və 2008-ci ildə D Seriyası Kubokunu qazanaraq C Seriyasına yüksəlir.

Yenidən yüksəliş

2016/17 mövsümündə klub yenidən iqtisadi problemlərlə üzləşdi, nəticədə "Komo" müflis elan edilərək hərraca çıxarılır. Dördüncü auksionda klubun aktivlərini qanalı futbolçu Maykl Essyenin həyat yoldaşı və İtaliya futbolunda ilk əcnəbi iş qadını (F. C. Como S.r.l. şirkəti vasitəsilə) Akosua Puni Essyen alır. Lakin klub varis üçün lazımi kriteriyalara cavab vermədiyi üçün, İtaliya Futbol Federasiyası, yeni klubun 2017/18 C2 seriyası mövsümündə "Komo"nun varisi kimi qeydiyyatdan keçmək üçün müraciətini rədd edir. Buna görə klub 207/18 mövsümündə D Seriyasında çıxış edəcəyini elan edir.

2019-cu ildə D Seriyasının B turunu qazandıqdan sonra "Komo" peşəkar futbola qayıdır. 2019-cu ildən kluba İndoneziyanın "Djarum Group" şirkəti, 2021-ci ildən isə "Djarum"un törəmə şirkəti "Mola" şirkəti sponsorluq edir. Çelsi və Milloul klublarının keçmiş oyunçusu Dennis Uays 2024-cü ildə klubun idarə heyətinin müşaviri seçilir. Klubun səhmdarları arasında həmçinin Sesk Fabreqas, Tyerri Anri kimi keçmiş futbolçular da var.

Heyəti

Sonuncu dəfə 29 yanvar 2025 tarixində yeniləndi
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 İtaliya GK Emil Audero
2 Almaniya DF Mark-Oliver Kempf
3 İtaliya DF Marko Sala
4 Kot-d'İvuar MF Ben Lhassine Kone
5 İtaliya DF Edoardo Qoldaniya
6 İtaliya MF Alessio Lovine (3-cü Kapitan)
7 Braziliya MF Qabriel Strefetsa
8 İtaliya MF Daniele Bazelli
9 İtaliya FW Alessandro Qabrielloni (Kapitan)
10 İtaliya FW Patrik Kutrone (Vitse Kapitan)
11 İtaliya FW Andrea Belotti
12 İtaliya GK Pyerre Bolçini
13 İtaliya DF Alberto Dossena
15 Braziliya DF Fellipe Cak (Palmeyras klubundan kirayə)
16 Qambiya MF Alieu Fadera
18 İspaniya DF Alberto Moreno
Nömrə Ölkə Mövqeyi Futbolçu
20 İspaniya MF Serji Roberto
22 İtaliya GK Mauro Vigorito
23 Argentina MF Maksimo Perrone (Mançester Siti klubundan icarə)
25 İspaniya GK Pepe Reyna
26 Almaniya MF Yannik Engelhardt
27 Avstriya MF Mattias Braunöder
30 Fransa GK Jan Butez
33 Fransa MF Lukas Da Kunya
36 İtaliya MF Luca Masitelli (Frozinone klubundan icarə)
38 İspaniya FW Assane Diao
40 İngiltərə MF Dele Alli
77 Belçika DF İgnace Van Der Brempt (Zalsburq klubundan icarə)
79 Argentina MF Niko Paz
80 Fransa MF Maksons Kaguğe
90 İtaliya FW Simone Verdi
İspaniya DF Aleks Valle (Barselona klubundan icarə)

Uğurları

Liqa

  • B Seriyası
    • Çempion: 1948–49, 1979–80, 2001–02
    • İkinci yer: 1974–75, 1983–84, 2023–24
  • C Seriyası
    • Çempion: 1930–31, 1967–68, 1978–79, 2020–21
    • İkinci yer: 1993–94, 2000–2001
    • Pley-off qalibi: 2014–15
  • D seriyası
    • Çempion: 2007–08, 2018–19
    • Pley-off qalibi: 2008–09

Kubok

  • İtaliya C Seriyası kuboku
    • Qalib: 1996–97
    • Final: 1992–93, 2014–15
  • İtaliya D seriyası kuboku
    • Qalib: 2007–08

Dİgər titullar

  • Coppa Volta
    • Qalib: 1926–27
  • Torneo Benefico Lombardo
    • Qalib: 1944–45

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, komo fk sözünün mənası, komo fk haqqında məlumat. komo fk nədir? komo fk nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alı Alıyev

  • Fevral 27, 2026

    Ramşir şəhristanı

  • Fevral 27, 2026

    Karaoke

  • Fevral 27, 2026

    Sankt Peterburq

  • Fevral 27, 2026

    Floristik vilayət

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst