Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 198

Elevter Andronikaşvili

  • Ana Səhifə
  • Vikipediya
  • Elevter Andronikaşvili

Elevter Luarsaboviç Andronikaşvili (gürc. ელეფთერ ანდრონიკაშვილი, rus. Элевтер Луарсабович Андроникашвили; 12 (25) dekabr 1910, Sankt-Peterburq – 8 sentyabr 1989, Tbilisi) — Sovet gürcü fiziki.

Elevter Andronikaşvili
gürc. ელეფთერ ანდრონიკაშვილი
rus. Элевтер Луарсабович Андроникашвили
Doğum tarixi 12 (25) dekabr 1910(1910-12-25)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 8 sentyabr 1989(1989-09-08) (78 yaşında)
Vəfat yeri
  • Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Didube panteonu
Atası Laursab Andronikaşvili
Elm sahəsi fizika
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Gürcüstan SSR EA akademiki
İş yeri
  • Tbilisi Dövlət Universiteti
Alma-mater Leninqrad Politexnik İnstitutu
Təhsili Leninqrad Politexnik İnstitutu
Üzvlüyü
  • Gürcüstan Milli Elmlər Akademiyası (1955)
Mükafatları
"Lenin" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı əmək bayrağı" ordeni"Qırmızı əmək bayrağı" ordeni
"Stalin" mükafatı — 19521952SSRİ Dövlət mükafatı — 19781978
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1910 (25 dekabr) 1910 12 dekabr ildə Sankt-Peterburqda anadan olmuşdur. Əcdadları güclü zadəganlardan idilər. Onun qardaşı ədəbiyyatşünas İrakli Andronikaşvili idi. 1932-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirdi. 1934-1945-ci illərdə Tbilisi Dövlət Universitetində mühazirə dərsləri deyirdi. 1942-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləmiş, 1951-ci ildən bu institutun direktoru olmuşdur. 1940-1941-ci illərdə və sonra 1945-1948-ci illərdə Moskva Fizikia Problemləri İnstitutunda doktorluq dissertasiyası üzərində işləyir, 1948-ci ildə dərəcə alır. 1951-ci ildən Tbilisi Dövlət Universitetinin Fizika kafedrasının müdiri və professoru idi. 1955-ci ildən Gürcüstan SSR Elmlər Akademiyasının həqiqi üzvü idi.

Andronikaşvilinin əsas işləri kvant hidrodinamikası, aşağı temperatur fizikası, kosmik şüa fizikası, bərk cisim radiasiyası fizikası, nüvə texnikası, biofizika, biotermodinamika və ifrat axıcılığa aiddir. Bir-birinə yaxın yerləşən 2 diskdə yarğalanma periodu və sönməsinin araşdıran eksperiment zamanı ilk dəfə sübut etdi ki, maye helium II-də elə hallar olur ki, maye eyni vaxtda iki növ hərəkətdə iştirak edir; ilk dəfə helium II-nin normal komponentinin özlülüyünün, DNT və RNT-nin hüceyrədaxili əriməsinin istiliyindən asılılığını ölçmüşdür. 1960-cı ildə helium II-də burağan dalğalarını araşdırırdı. 1961-ci ildə, o, mütləq sıfıra yaxın temperaturalarda olan nüvə reaktorlarında maddələrin radiaktik şüalanması üçün SSRİ-də ilk aşağı temperaturlu dövrə yaratdı.

9 sentyabr 1989-cu ildə Tbilisidə vəfat etdi.

Mükafatları

  • Lenin ordeni (24.12.1980).
  • 3 dəfə "Qırmızı əmək bayrağı" ordeni (3.06.1954, …, …).
  • Üçüncü dərəcəli Stalin mükafatı (1952) — 1949-1951-ci illərdə Eksperimental və Nəzəri Fizika jurnalı (rus. Журнал экспериментальной и теоретической физики) və Kolloid jurnalında (rus. Коллоидный журнал) dərc olunan məqalələrdə göstərilən maye helium-II xüsusiyyətlərinin eksperimental tədqiqatlarına görə.
  • SSRİ dövlət mükafatı (1978) — "Skan edən mikrokalorimetriya — bioloji makromolekulların öyrənilməsinin yeni yolu" (rus. Сканирующая микрокалориметрия — новый способ исследования биологических макромолекул) (1963—1977) adlı bir sıra əsərlərə görə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elevter andronikaşvili sözünün mənası, elevter andronikaşvili haqqında məlumat. elevter andronikaşvili nədir? elevter andronikaşvili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    San-Salvador

  • Fevral 27, 2026

    Ağçala dağı

  • Fevral 27, 2026

    Xaos (mifologiya)

  • Mart 06, 2026

    Amaterasu

  • Mart 06, 2026

    Kürsü

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst