Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş me

Elbəy Qasımzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Elbəy Qasımzadə

Elbay Ənvər oğlu Qasımzadə (26 dekabr 1948, Bakı) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri (2012-ci ildən), Bakı şəhərinin baş memarı (1989–2001), Azərbaycan SSR əməkdar memarı (1990), "Şöhrət" (2000) və "Şərəf" (2018) "Əmək" (2023) ordenləri laureatı.

Elbay Qasımzadə
Azərbaycan Memarlar İttifaqının sədri
Vəzifədədir
6 noyabr 2012-ci ildən
    ƏvvəlkiAbbas Ələsgərov
    Şəxsi məlumatlar
    Doğum tarixi 26 dekabr 1948(1948-12-26) (77 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Memarlıq və İnşaat Universiteti
    Fəaliyyəti memar
    Atası Ənvər Qasımzadə

    Təltifləri "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1990
    "Şərəf" ordeni — 20182018 "Şöhrət" ordeni — 20002000 2-ci dərəcəli "Əmək" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 20192019 "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı — 20192019
    "Humay" mükafatı "Humay" mükafatı "Humay" mükafatı
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Elbay Qasımzadə 26 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ənvər Qasımzadənin oğludur. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib.

    1971–1975-ci illərdə landşaft memarlığı problemləri üzərində çalışmış, təbii landşaft, Bakı şəhərinin müxtəlif rayonlarında ucaldılan tikililərin harmonizasiyası və s. bu kimi məsələlərlə dərindən məşğul olmuşdur. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında şəhərsalma problemləri ilə məşğul olmuşdur.

    1975–1989-cu illərdə Respublika Kənd ərazilərində İnşaatın layihələndirilməsi İnstitutunda işləmiş, bir sıra kiçik yaşayış məntəqələrinin baş planlarının müəllifi olmuşdur. Həmin dövrdə "Saman memarlığı" adlı Beynəlxalq proqramın problemləri ilə də sıx məşğul olmuşdur, bu sahədə həyata keçirilən müxtəlif layihələrin müəllifidir.

    1989–2001-ci illərdə Bakı şəhərinin baş memarı, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma üzrə Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.

    Elbay Qasımzadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin professorudur. Azadlıq prospekti metrostansiyasının memarıdır.

    1998-ci ildə "El&En" memarlıq şirkətini təsis etmiş və hal-hazırda da ona başçılıq edir.

    150-dən artıq layihənin, 80-dən artıq məqalənin və 8 kitabın müəllifidir.

    Elbay Qasımzadə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının (UNESKO) və Beynəlxalq Memarlar İttifaqının (UİA) professorudur. MDB ölkələrinin Memarlar İttifaqları Assosiasiyası tərəfindən keçirilən "İlin ən yaxşı layihəsi (tikilisi)" beynəlxalq baxış-müsabiqələrdə dəfələrlə iştirak etmiş və 34 diplomla təltif edilmişdir. MDB ölkələrinin paytaxtlarının baş memarları Şurasının ilkin sədri seçilmişdir. Çikaqo, Barselona, Lozanna, Pekin, Turin və Tokio şəhərlərində keçirilən Ümumdünya konqreslərin iştirakçısıdır.

    Əsas layihələri

    170-dən çox layihənin müəllifidir.

    • Akademik Zərifə Əliyevanın Fəxri Xiyabandakı məzarı üstü abidəsi (heykəltaraş Ö. Eldarov)
    • Şəhidlər Xiyabanındakı "Əbədi Məşəl" türbəsi (A. Abdullayev, N. Vəliyevlə həmmüəllif)
    • "Azadlıq prospekti" Metro stansiyası
    • Bakıda maestro Niyazinin heykəli

    Təltif və mükafatları

    • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 22 avqust 1990
    • "Şöhrət" ordeni — 19 aprel 2000
    • "Şərəf" ordeni — 25 dekabr 2018
    • "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
    • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — 9 iyul 2019
    • "Humay" milli mükafatı — 3 dəfə
    • "Uğur" milli mükafatı — 2 dəfə
    • 2-ci dərəcəli "Əmək" ordeni — 25 dekabr 2023
    • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, elbəy qasımzadə sözünün mənası, elbəy qasımzadə haqqında məlumat. elbəy qasımzadə nədir? elbəy qasımzadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 06, 2026

      Ortodoksal

    • Fevral 27, 2026

      Srebrenitsa qətliamı

    • Fevral 27, 2026

      Kiçik Kirs

    • Mart 02, 2026

      Bülənt Əcəvit

    • Fevral 27, 2026

      Ted Törner

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Mart 06, 2026

      Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst