Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ekoturizm və ya ekoloji turizm — təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Müasir mənada ekoturizm dedikdə ətraf mühitə qa

Ekoturizm

  • Ana Səhifə
  • Vikipediya
  • Ekoturizm

Ekoturizm və ya ekoloji turizm — təbiət turizminin bir forması kimi ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Müasir mənada ekoturizm dedikdə ətraf mühitə qayğı ilə yanaşan, yerli əhalinin rifahına müsbət təsir göstərən, öyrənmə və maariflənməyə yönəlmiş dayanıqlı turizm forması başa düşülür.

Azərbaycan Respublikası "Turizm haqqında" qanuna əsasən, ekoloji turizm (ekoturizm) — təbiətə minium təsir, ekoloji sistemin bütövlüyünün qorunması prinsipləri əsasında səyahət edilən ölkənin (yerin) təbiəti, təbii ekoloji sistemi, bioloji və mədəni müxtəlifliyi ilə tanışlığı özündə ehtiva edən turizm formasıdır.

Ekoloji turizmin inkişaf tendensiyası Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qolu olan Ümumdünya Turizm Təşkilatı (BMÜTT) tərəfindən müəyyən olunmuşdur. Ekoturizmin bir neçə qaydası var.

Ekoturizm — məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Belə səyahətlər zamanə ekosistemin bütövlüyü qorunmalıdır. Bununla yanaşı ekosistemin qorunması yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir.

Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir.

Ekoturim turizmin elə növüdür ki, orada:

  1. Turizmin digər növləri ilə müqayisədə insanlar tərəfindən daha az korlanmış təbii ərazilərdə həyata keçirilir.
  2. Ekoturizm ətraf aləmin dağıdılmasına və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur.
  3. Müvafiq etibarla və bacarıqla həyata keçirilməlidir.

Ekoturizmin daha bir məqsədi də yerli əhalinin təbiətdən zövq almasına şərait yaratmaqdır. Ekoturizmnin əsas baza prinsipləri bunlardır:

  1. Rekreasiya təbiət ərazilərinin bioloji zənginliyinin və eləcə də müxtəlifliyinin qorunması
  2. Ekoturizmin həyata keçirildiyi regionların iqtisadi dayanıqlığının yüksəldilməsi
  3. Ekoturizm fəaliyyəti ilə məşğul olan iştirakçıların mədəniyyətlərinin yüksəldilməsi sahəsindı zəruri tədbirlər həyata keçirmək
  4. Rekreasiya zonalarının etnoqrafik xüsusiyyətlərinin və statusunun qorunub saxlanılması

Ekoturun əsas obyektləri bunlardır:

  • Botaniki, zooloji, geoloji və buna bənzər turlar;
  • Ekoloji-etnokrafik, arxeoloji, bütövlükdə ekoloji-mədəni turlar;
  • Aqroturlar — kəndlərə, müxtəlif təsərrüfat sahələrinə səyahətlər;
  • Mağara, dağ, su turları.

Mündəricat

Ekoturizmin növləri

Ekoturizmin tənzimlənən təbiət turizmi, elmi turizm (müşahidə-tədqiqat), macəra turizmi, mədəniyyət turizmi və aqroturizm kimi bir neçə əsas növləri mövcuddur.

  • Elmi turlar — turistlər elmi ekoturlann gedişində təbiətin müxtəlif növlü tədqiqində iştirak edirlər, sahə müşahidələri aparırlar;
  • Təbii-tarixi turlar — yerli mədəniyyəti (memariyyə, kulinariya, geyim-məişət və s.) və ətraf təbiəti dərk etməklə əlaqədar olan səyahətdir;
  • Macəra turları — idman nailiyyətlərinin qazanılması və turistlərin fiziki formalarının yaxşılaşdınlması, yeni hiss və təəssüratların alınması məqsədinə malik olan təbiətdə (out door) dincəlmək və aktiv üsullarla hərəkətlə bağlı olan bütün səyahətləri birləşdirir;
  • Xüsusi mühafizə olunan təbiət ərazilərinə təşkil olunan turlar — buraya milli parklar, qoruqlar, yasaqlıqlar və s. daxildir.

Həmçinin bax

  • Ekokənd
  • Azərbaycanda turizm
  • Azərbaycanın təbiəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ekoturizm haqqında məlumat. Ekoturizm nədir? Ekoturizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Rumıniyada qaqauzlar

  • Fevral 27, 2026

    Şahingöz (personaj)

  • Fevral 27, 2026

    E.ə. 545

  • Mart 01, 2026

    Babil (serial)

  • Mart 02, 2026

    Qışlaq (Cəbrayıl)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst