Ekokənd - dayanıqlılıq ideyasına söykənərək təbiət və spiritualizm ilə harmoniya içində birgə yaşayış forması (icma şəklində). Ekokənd qlobal iqlim dəyişikliyi ilə mübarizədə ən effektiv üsullardan biri kimi çıxış edir. Ekokəndlər eyni dəyərləri daşıyan fərdlərin bir araya gəlib icma yaratması ilə yaradılır və vaxt keçdikcə maddi-texniki baza (binalar, texnika və s.) qurulur. Ekokəndlər ənənəvilik ilə dayanıqlı yaşayış formalarını birləşdirir, insanların təbiətə zərərli təsirlərinin icma daxilində minimallaşdırmağa çalışır.
Ekokəndlərdə qurucu üzvlərin böyük nüfuzu olsa da, ekokəndlər birbaşa liderlər tərəfindən idarə olunmur, kollektiv idarəetmə forması hakimdir. Hər bir icma üzvünün özünü və fikirlərini ifadə etmək haqqı var. Məsələlər müzakirəyə çıxarıla, səs vermə keçirilə bilər. Hər hansı bir üzvün və ya qrupun digərlərinin hərəkət və qərarlarını məhdudlaşdırmasına, qısnamanln hər hansı bir formasında icazə verilmir. Bu kimi hallar ekokəndin əsas prinsiplərində biri olan harmonik yaşamaq tərzinə zid hesab olunur.
Qlobal Ekokənd Şəbəkəsi
Qlobal Ekokənd Şəbəkəsinin (Global Ecovillage Network - GEN) bütün qitələrdən olmaq üzrə 10.000-dən çox üzvü var və bu üzvləri aid olduqları müxtəlif icmalar bir-biri ilə iqtisadi, sosial, mədəni, ekoloji əlaqələr qurur. Qlobal Ekokənd Şəbəkəsi deqradasiya olunmuş ekosistemlərin, su ehtiyatlarının və biomüxtəlifliyin bərpasında ekokəndlərin çox böyük və effektiv rolu olduğunu vurğulayır. Qlobal Ekokənd Şəbəkəsi bütün dünya üzrə ekoloji məsələlərə diqqət çəkmək, insanların ekoloji məsələlərdə və ekokəndlərin fəaliyyətləri barəsində maarifləndirmək, bununla yanaşı müəyyən qazanc əldə etmək üçün çox yüksək olmayan qiymətlərdə fərqli məzmunlu kurslar təklif edir.
Tarixi
Ekokənd termini ilk dəfə 1991-ci ilin sentyabrında Danimarkanın Ti şəhərində keçirilən seminarda - Sietl Kontekst İnstitutundan Diana və Robert Qilman tərəfindən "Ekokəndlər və Davamlı İcmalar: Qaya Trast üçün Hesabat" adlı sifarişli hesabatda istifadə olunub.
Dəyərlər
- Dayanıqlılıq -
- Özünə təmin etmə - ekokəndlər əsas məqsədlərindən biri özlərini qida, geyim, maddi qazanc kimi təməl ehtiyaclar ilə təmin edə bilməkdir. Praktika göstərir ki, uğurlu və dayanıqlı formada inkişaf edən ekokəndlərdə özünü təmin etmə faizi illər keçdikcə daha da artır və kənardan asılılıq azalır.
- Könüllülük -
- Könüllü sadəlik - İcma üzvləri könüllü formada lüksdən imtina edir, ekologiya və təbiəti şəxsi zövqlərindən daha üstün tuturlar.
- Təhsil - Ekokəndlər icmasının üzvləri bir-biri ilə müxtəlif bilik və bacarıqları bölünür, kompelke məlumat və bilikləri paket halına gətirib sata bilər. Bu satış onlayn formada video dərslər formasında və ya alıcıların birbaşa ekokəndə gəlmələri ilə həyata keçirilə bilər. Ekokəndə gələn qonaqlar burada inşaat, toxuculuq, zinət əşyaların istehsalı ilə birbaşa tanış ola bilər, təlim ərzində müxtəlif bacarıqlara yiyələnə bilərlər.
- Yerli iqtisadiyyata töhfə -
- Yerli orqanik qida istehsalı -
- Ekoloji dizayn və inşaat - Memarlıq həm təbiətlə, həm də insan ehtiyacları ilə harmonik formada qurulur. Binaların qurulmasında beton yox, gil, palçıq, saman kimi təbiət materiallarından istifadə daha məqsədəuyğun hesab olunur.
- Birlik - ekokənd icmasına daxil olan fərdlər alət və avadanlıqları, sahib olduqları bilik və bacarıqları, həmçinin iş yükünü bölüşür, bir-birinə kömək edir.
- Bərpaolunan enerji -
Əsas çətinliklər
- Ekokəndlərin maliyyə çətinlikləri
- Uzunmüddətli davamlılıq problemləri
- İcmadaxili münaqişələr - ekokəndlərdə icmadaxili münaqiəşlərin həll olunmasında sağlam ünsiyyət, özünifadə, dinləmə prinsipləri əsasında həll etmək hədəflənir.
- Dövlət tərəfindən tanınma problemləri
Nümunələr
- Şotlandiyada Fayndborn (Findhorn) - əsası 1985-ci ildə qurulan Fayndborn ekokəndi həm tarixiliyi, həm tanınmışlığı, həm də effektivliyi ilə digər ekokəndlərdən fərqlənir. Karbon ayaq izinin getdikcə kiçilməsi, dayanıqlı memarlığı ilə də diqqət çəkən Fayndborn ekokəndi həm də bitki əsaslı tullantı idarəçiliyi ilə bütün dünya üçün olduqca parlaq nümunədir.
- Avstralyada Kristal Sular (Crystal Waters)
- Avstraliya Viçlif (Witchcliffe)ekokəndi - sosial, ekoloji və iqtisadi dayanıqlılıq prinsipləri əsasında qurulub.. Burada torpaq sahələri həm ümumi, həm də fərdi sahiblik əsasında idarə olunur, günəş panellərindən geniş istifadə olunur və resursların istifadəsində dairəvi istehsal və istehlak modeli tətbiq olunur.
- Amerikada Ferma ekokəndi
- Azərbaycan Meşə ekokəndi
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ekokənd sözünün mənası, ekokənd haqqında məlumat. ekokənd nədir? ekokənd nə deməkdir?