Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen

Dəniz çöküntüləri

  • Ana Səhifə
  • Vikipediya
  • Dəniz çöküntüləri

Dəniz çöküntüləri — dəniz hövzələrinin dib çöküntüləri.

Mündəricat

Haqqında

Dəniz çöküntüləri termin dar çərçivədə dənizlərin, geniş mənada isə Dünya okeanının çöküntüləri üçün tətbiq edilir. Dəniz çöküntüləri müxtəlif mənşəli: terrigen (qurudan gətirilən), biogen (dəniz orqanizmləri vasitəsilə yaradılan), vulkanogen (sualtı və yerüstü vulkan tullantılarından yaranan), xemogen (kimyəvi və ya biokimyəvi yolla dəniz suyundan çökmüş) olur. Bu və ya digər kompanentin üstünlük təşkil etməsinə görə dəniz çöküntüləri terrigen, biogen, vulkanogen və hemogen tiplərə bölünür. Terrigen çöküntülər (qırıntılı, gilli) daha geniş yayılmışdır ki, onların da qranulometrik tərkibi dəniz suyunun müxtəlif tipli hərəkətlərinin (dalğa, axın) təsiri altında və dibin relyefindən asılı olaraq formalaşır. Mötədil iqlimli humid zonanın dərin dənizlərində diatom çöküntüləri yaranır, tropik zona dənizlərində isə biogen karbonattoplanma prosesi gedir (mərcan, qabıq, foraminifer və b.). Xemogen (karbonat, halogen) tipli dəniz çöküntüləri əsasən arid zonanın qitədaxili dənizlərində əmələ gəlir. Dəniz çöküntüləri adətən bu və ya digər dəniz fauna və flora qalıqları saxlayır. Dayaz şelf çöküntülərində bu qalıqlar daha çox olur, dərinlik çöküntülərində isə çox az və ya heç olmur.

Dəniz çöküntülərinin təsnifatı

Dəniz çöküntülərinin təsnifatı müasir dəniz hövzələri çöküntülərinin qrup, tip və yarım tipə bölünmə sistemi. Dəniz çöküntülərinin təsnifatı ilk dəfə Merrey və Renar (1891) təklif etmişlər. Təsnifat çöküntütoplanmanın fatsial şəraitinin göstəricilərinə (dərinlik, sahildən uzaqlıq), onların qranulometrik tərkibinə (qumlar, gillər), rənginə, çoxluq təşkil edən orqanizm qalıqlarının tərkibinə (foraminifer, diatomea, radiolyariya lilləri) əsaslanır. Bu təsnifat sonralar Krummel (1907), Andre (1920), Revel (1944) tərəfindən dəqiqləşdirilmiş və buraya biogen komponentlərin miqdar tərkibinin göstəricisi əlavə edilmişdir. Sonralar çöküntülərdə pelit fraksiyasının (<0,01mm) miqdarına əsaslanan dinamik təsnifat (Klenova, 1948), daha sonralar isə çöküntülərin maddi-genetik və qranulometrik tərkibini nəzərə alan kompleks (litoloji) təsnifat işlənilmişdir (Straxov, 1953; Bezrukov və Lisitsin, 1960). Bu təsnifata görə, çöküntülərin aşağıdakı əsas genetik qrupları ayrılır: terrigen, biogen, vulkanogen, poligen, homogen; əsas komponentlərin maddi tərkibinə görə qırıntılı, gilli, karbonatlı, silisiumlu, dəmirli və b. çöküntülər ayrılaraq əsas tərkib və mənşəyinə görə (məsələn: karbonatlı foraminiferli çöküntülər, zəif silisiumlu diatomea çöküntüləri) dəqiqləşdirilir. Paralel olaraq qranulometrik tərkibə (üstünlük təşkil edən fraksiyanın ölçüsü və ya bəzən hissəciklərin median diametri) görə təsnifat aparılır: kobuddənəli çöküntülər (qaymalar, valunlar, çaqıl, çınqıl), qumlar (iri, orta, xırda dənəli), alevritlər (iri- və xırda dənəli) və pelit (yaxud pelitli və alevrit-pelitli) çöküntülər ayrılır.

Həmçinin bax

  • Dəniz
  • Dünya okeanı
  • Çöküntülər (geologiya)
  • Abissal çöküntülər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəniz çöküntüləri haqqında məlumat. Dəniz çöküntüləri nədir? Dəniz çöküntüləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 34

  • Fevral 27, 2026

    İnfanta İzabella

  • Fevral 27, 2026

    Vestminster

  • Fevral 27, 2026

    Miniatür sənəti

  • Fevral 27, 2026

    Kazak Hetmanlığı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst