Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dəmiraparançay — Türyançayı əmələ gətirən əsas qollardan (aşağı hissəsində Qaraçay da adlanır) biridir.

Dəmiraparançay

  • Ana Səhifə
  • Vikipediya
  • Dəmiraparançay

Dəmiraparançay — Türyançayı əmələ gətirən əsas qollardan (aşağı hissəsində Qaraçay da adlanır) biridir.

Dəmiraparançay
Xəritə
Ölkə
  •  Azərbaycan
Mənsəbi Türyançay
Uzunluğu
  • 69 km
Hövzəsinin sahəsi 596 km²

Mündəricat

Ümumi məlumat

Uzunluğu 69 km, hövzəsinin sahəsi 596 km²-dir. Başlanğıcını Baş Qafqaz silsiləsinin cənub yamacının 3850 m hündürlüyündən götürür. İllik axımın 40-60%-ni yeraltı sular təşkil edir. Orta illik su sərfi 3,10 kub m/san-dir. Axımın 26%-i yazda, 35%-i yayda, 23%-i payızda, 16%-i isə qışda keçir. Tez-tez güclü sel hadisələri müşahidə olunur. İntensiv suvarma dövründə suyunun bir hissəsi Türyançaya və Göyçay çayına axıdılır. Suvarma işlərində geniş istifadə olunur.

Tarixi

Dəmiraparançay Qəbələ rayonu ərazisində çay. Türyan çayının sol qoludur. Mənbəyini Baş Qafqaz silsiləsinin cənub yamacından (3850 m. yüksəklikdən) alır, bir hissəsi Türyan, digər hissəsi Göyçay çaylarına axıdılır. Tez-tez çayda sel hadisələri baş verir. Çay Qəbələ şəhəri yaxınlığında Xan yolu adlı yerdə qədimdə mövcud olmuş dəmir körpünü dağıtdığına görə belə adlandırılmışdır. Yerli əhali arasında Körpüaparan, Fil dərəsində Vəndamçaya birləşdikdən sonra Fil çayı adlanır. Şəki və Qusar rayonlarında da eyniadlı çaylar vardır.

Həmçinin bax

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dəmiraparançay haqqında məlumat. Dəmiraparançay nədir? Dəmiraparançay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    IPA

  • Fevral 27, 2026

    Anri Puankare

  • Fevral 27, 2026

    Əlincə qalası

  • Fevral 23, 2026

    Ərkivan

  • Fevral 27, 2026

    Qışlaq (Laçın)

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst