Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Mollu

  • Ana Səhifə
  • Vikipediya
  • Aşağı Mollu

Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.

Aşağı Mollu
39°18′11″ şm. e. 46°41′54″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Aşağı Mollu xəritədə
Aşağı Mollu
Aşağı Mollu

Mündəricat

Tarixi

Aşağı Mollu kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI–XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli nümayəndəsi Nəbi Alı oğlu (Qaçaq Nəbi) bu kənddəndir. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Mollu kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Toponimikası

Aşağı Mollu kəndi Həkəri çayının sağ sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVI–XVIII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gəlmiş ailələr salmışlar. Mol sözü türk dillərində bir çox mənalarla yanaşı "torpaq bənd; qumdaşı" mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər məntəqədən fərqləndirməyə xidmət edir.

Coğrafiyası və iqlimi

Rayon mərkəzindən 21 km cənub-şərqdə, Laçın–Məmmədbəyli şose yolundan 2 km aralı, Həkəri çayının sağ sahilindədir.

Əhalisi

"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Aşağı Mollu kəndində 125 evdə 637 şiə kürd yaşayırdı. 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kənddən ayrılan ailələrin saldığı Yuxarı Mollu kəndinin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.

Tanınmış şəxsləri

  • Qaçaq Nəbi (1854–1896) — Azərbaycanın Xalq Qəhrəmanı.

Həmçinin bax

  • Qaçaq Nəbi
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 28 fevral 2024. 14 mart 2024 tarixində (PDF). İstifadə tarixi: 5 aprel 2024.
  2. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  3. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  4. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 noyabr 2020. 16 yanvar 2021 tarixində . İstifadə tarixi: 1 dekabr 2020.
  5. "Daha 23 kənd işğaldan azad edildi". report.az (az.). 9 noktyabr 2020. 2020-11-09 tarixində . İstifadə tarixi: 9 noyabr 2020.
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  7. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
  8. Татьяна Аристова, (1962) Из истории возникновения современных курдских селений в Закавказье // Советская этнография. С. 22

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aşağı Mollu haqqında məlumat. Aşağı Mollu nədir? Aşağı Mollu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Həbs

  • Fevral 27, 2026

    Mitte (əyalət)

  • Fevral 23, 2026

    XI Lüdovik

  • Fevral 27, 2026

    Təsuc

  • Fevral 27, 2026

    7-Zip

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst