Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Domeniko Qirlandayo ( it. Domenico Ghirlandaio, Domenico di Tommaso Bigordi; 2 iyun 1448, Florensiya, Florensiya Respublikası – 11 yanvar 1494, Florensiya, Flor

Domeniko Qirlandayo

  • Ana Səhifə
  • Vikipediya
  • Domeniko Qirlandayo

Domeniko Qirlandayo ( it. Domenico Ghirlandaio, Domenico di Tommaso Bigordi; 2 iyun 1448, Florensiya, Florensiya Respublikası – 11 yanvar 1494, Florensiya, Florensiya Respublikası) — Lorenso Mediçinin hakimiyyəti dövründə Quattrosento periodunda Florensiya məktəbinin aparıcı italyan intibahı rəssamı. Domeniko 30 yaşlı Mikelancelonun işə başladığı böyük sənət emalatxanasının rəhbəri olmuşdu.

Domeniko Qirlandayo
it. Domenico Ghirlandaio
Doğum adı Domenico Bigordi
Doğum tarixi 2 iyun 1448(1448-06-02)
Doğum yeri
  • Florensiya, Florensiya Respublikası
Vəfat tarixi 11 yanvar 1494(1494-01-11) (45 yaşında)
Vəfat yeri
  • Florensiya, Florensiya Respublikası
Vəfat səbəbi malyariya
Fəaliyyəti rəssam
Stil italyan intibahı
Tələbələri Mikelancelo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Domeniko Girlandayo daha çox görkəmli portretçi və Florensiyada Santa Maria Novella kilsəsinin Sassetti və Tornabuoni kapellalarında (1485-1490) freskaların müəllifi kimi tanınır. O, Andrea Verrokkio, Pollaiuolo qardaşları (Antonio və Piero) və gənc Sandro Botiçelli kimi ustalarla birlikdə Florensiya İntibahının "üçüncü nəsli" adlandırılan nəslin nümayəndələri idi.

Bioqrafiya

Girlandayonun həyatı ilə bağlı əsas məlumat mənbəyi Corco Vazarinin " Həyat təsvirləri" kitabında yazdığı tərcümeyi-haldır. Rəssamın ölümündən təxminən 70 il sonra yazılsa da, ən mükəmməli hesab olunur. Digər mənbə isə qardaşı oğlu Alessandro tərəfindən tərtib edilmiş, Vatikanın Gizli Arxivlərində aşkar edilmiş və 2017-ci ildə nəşr olunmuş ailə xatirələri kitabıdır (bu kitabda rəssamın dəqiq doğum tarixi göstərilir). Domeniko 1449-cu ildə Toskananın paytaxtı Florensiyada, bəzi mənbələrə görə zərgər Tommaso di Kurrado Bigordinin ailəsində anadan olub.

Bütün rəssamlar ailəsinin məlum olduğu "Qirlandayo" ləqəbinin mənşəyinin dəqiq müəyyən edilmiş versiyası yoxdur. Vazari "Domeniko Qirlandayonun həyatı" əsərində atasının çələnglər icad edən qızıl ustası olduğunu bildirir: " ... Tommaso Florensiyalı qızların başlarına taxdıqları və çələng adlanan bəzəkləri ilk dəfə icad edib dövriyyəyə buraxdı və buna görə Qirlandayo adını aldı." .

Vazarinin fikrincə, Qirlandayonun ilk əsərləri Oqnissanti kilsəsindəki Vespucçi kapellasının rəsmləri (qismən qorunub saxlanılıb) və Nolalı Müqəddəs Paulinusun həyatından səhnələrin əks olunduğu freskalar olub, bundan sonra o, "çox böyük şöhrət qazanıb". Tədqiqatçılar hesab edirlər ki, müqəddəsin həyatına aid freskalar rəssam tərəfindən təxminən 1470-ci ildə yaradılmışdır. Vespucçi kapellasındakı əsərlər 1472-ci ilə aiddir. Elə 1472-ci ildə rəssam Müqəddəs Luka Gildiyasına - rəssamların, heykəltəraşların və zərgərlərin peşəkar gildiyasına daxil olur. 1473-cü ildə "Florensiyalı Domeniko" adı ilk dəfə Kollegiyanın yerli kilsəsində işləmək üçün gəldiyi San Ciminyano şəhərindən olan sənədlərdə qeyd edildi.

San Donato monastırının rahibləri tərəfindən yeməkxananın rənglənməsi üçün Domeniko və David Qirlandaoya pul ödəməsi haqqında 31 may 1481-ci il tarixli sənəd qorunub saxlanılır, lakin freskalar sağ qalmamışdır. Bu vaxta qədər Domeniko Qirlandayo o qədər uğurlu və məşhur ustaya çevrilmişdi ki, 1481-ci ildə Papa IV Sikst onu digər məşhur rəssamlarla birlikdə sonralar Sikstin kapellası adlanacaq kilsənin rəsmlərini çəkməyə dəvət etdi. Qirlandayo orada iki freska çəkdi: Romada xidmət edən Florensiyanın ən görkəmli nümayəndələrinin portretlərini daxil etdiyi "İsa Məsihin dirilməsi" (saxlanmayıb) və "Həvarilər Pyotr və Andreyin çağırışı". Bu əsərlər böyük uğur qazandı və papa kapellasında əbədiləşdirilməkdən şərəf duyan florensiyalılarda xüsusi təəssürat yaratdı. Domeniko şöhrətinin zirvəsində məmləkətinə qayıtdı və sözün əsl mənasında saysız-hesabsız sifarişlər aldı.

5 oktyabr 1482-ci ildə Florensiya Sinyoriyasından ilk rəsmi sifariş aldı (bu, xüsusilə şərəfli bir iş idi): Palazzo Vekkyoda Zanbaqlar zalını freskalarla bəzəmək. Orada Domeniko öz emalatxanasından qardaşları və köməkçiləri ilə işləyirdi. 20 may 1483-cü ildə Sinyoria ona bu sarayda bir ibadətgah üçün mehrabı çəkməyi tapşırdı, lakin iş tamamlanmadı. 1485-ci ilin sentyabrında Qirlandayo Santa Maria Novella kilsəsindəki Tornabuoni kapellasını bəzəmək üçün müqavilə imzaladı, rəsmləri rəssamın ən böyük və ən əhəmiyyətli əsəri oldu. Kapella üzərində işlər 1491-ci ilin mart ayına qədər davam etdi, lakin bu tarixdən sonra da Domeniko tərəfindən dizayn edildiyi güman edilən vitrajlar quraşdırıldı.

Qalereya

  • Встреча молодых Христа и Иоанна Крестителя. Между 1480 и 1490. Дерево, темпера. Берлинская картинная галерея
    Gənc Məsih və vəftizçi Yəhyanın görüşü. 1480-1490-cı illər arasında. Ağac, tempera. Berlin Şəkil Qalereyası
  • Мадонна Мизерикордия (Милосердная) в окружении членов семьи Веспуччи. Ок. 1472 г. Фреска. Церковь Оньисанти, Флоренция
    Madonna (mərhəmətli) Vespuççi ailəsinin üzvlərinin əhatəsində. Təxminən 1472. Fresk. Ognissanti kilsəsi, Florensiya
  • Поклонение волхвов. Тондо. 1477. Дерево, темпера. Уффици, Флоренция
    Sehrbazlara pərəstiş. Tondo. 1477. Ağac, tempera. Uffizi, Florensiya
  • Мадонна во Славе со святыми. Центральная створка Алтаря Торнабуони. Между 1490 и 1494. Дерево, темпера. Старая пинакотека, Мюнхен
    Madonna Müqəddəslərlə. 1490-1494-cü illər arasında ağac, tempera. Münhen.
  • Поклонение Младенцу. Ок. 1492. Дерево, темпера. Музей Фицуильяма, Кембридж, Великобритания
    Körpəyə pərəstiş. Təxminən 1492. Paneldəki tempera. Fitzwilliam Muzeyi, Kembric, Böyük Britaniya
  • Введение Девы Марии в храм. Фреска капеллы Торнабуони церкви Санта-Мария-Новелла, Флоренция. 1485-1490
    Məbəddə Bakirə Məryəmin təqdimatı. Santa Maria Novella kilsəsinin Tornabuoni kapellasındakı fresk, Florensiya. 1485-1490
  • Портрет молодого человека. Ок. 1477. Дерево, темпера. Музей Эшмола, Оксфорд, Великобритания
    Bir gəncin portreti. Təxminən 1477. Paneldəki tempera. Ashmolean Muzeyi, Oksford, Böyük Britaniya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Domeniko Qirlandayo haqqında məlumat. Domeniko Qirlandayo nədir? Domeniko Qirlandayo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səvrilik

  • Fevral 27, 2026

    Məhəmməd Əsədov

  • Fevral 27, 2026

    I Kserks

  • Fevral 27, 2026

    Bülbülcan

  • Fevral 27, 2026

    Elba

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst