Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək

Dizmar mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Dizmar mahalı

Dizmar mahalı — Cənubi Azərbaycanın Qaradağ vilayətində mahal.

Mündəricat

Tarixi

Yaqut əl-Həməvi yazır: "Dizmar – Azərbaycanda, Təbrizin yaxınlığında qəzaların birində böyük bir qaladı". Həmdullah Mustovfi Qəzvini əski Dizmardan bəhs edərək yazır: "Dizmar – Təbrizin quzeyində yerləşən bir qəzadır. Qəzanın əlli adda bəlli kəndi var. Ən böyükləri Duzal, Kürdəşt, Qulan, Xarar, Xur və Azaq kəndləridir. Baxmayaraq ki, tez-tez istilər olur, iqlimi mülayimdir. Suyu dağlardan axan çaylardan götürürlər. Bu çaylar axıb Araza qarışır. Tarlaların barı-bəhrəsi taxıl, pambıq və dürlü meyvacatdır. Burdan Təbrizə herağac tərəvəz gətirirlər. Qəzanın vergisi 40800 dinardır". Fəzlullah Rəşidəddin yazır: "Dizmardan Təbrizə o qədər mal gətirilirdi ki, həmin mallardan ötəri ayrıca bir xan var idi. Bu xan "Xəşab" adlanırdı. Xəşab zənginliyi ilə başqa xanlardan seçilirdi". (Xan yollar üstündə tikilən karvansara biçimli tikiliyə deyilirdi.) Dizmar mahalı Qaradağ vilayətində meyvələrin ən bol olduğu yerdir. Mahalda "Arazbarı", "Dizmarı", "Kürdəşti" növlü üzümlər, narlar yetişir. Fəzlullah Rəşidəddin qeyd edir ki, Arazbar və Dizmar mahalları 15 min man nar tədarük edir. Dizmar mahalının başkəndi Duzal şenliyi (məntəqəsi) idi. Duzal kəndi Araz çayına yaxın bir ərazidə yerləşir.

Yarı Duzaldan aldı,
Sevdim Duzaldan aldım.
Qismət, xeyir, bərəkət,
Hamın düz əldən aldım.

Araz üstü Duzaldı,
Üstümü quduz aldı.
Şil şatır olmaq üçün,
Yeddi evdən duz aldı.

Düşübdü gün Duzala,
Vaxt keçə, gün düzələ.
Gecə gördüyüm yuxu,
Keçəydi gündüz ələ.

Dizmar sancağı

Dizmar mahalı 1534-cü ildə bir müddət osmanlıların əlinə düşdü. Mahal Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.

Şərqi Dizmar mahalı

Dizmar mahalı xanlıq dönəmində iki yerə bölündü. Birinci Şərqi Dizmar, ikinci Qərbi Dizmar mahalı adlandı.

Qərbi Dizmar mahalı

Dizmar mahalı xanlıq dönəmində iki yerə bölündü. Birinci Şərqi Dizmar, ikinci Qərbi Dizmar mahalı adlandı.

Həmçinin bax

  • Qaradağ vilayəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dizmar mahalı haqqında məlumat. Dizmar mahalı nədir? Dizmar mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    20 noyabr

  • Fevral 27, 2026

    1947-ci il

  • Fevral 27, 2026

    Angellore

  • Fevral 25, 2026

    Yeni Dehli

  • Fevral 23, 2026

    21 yanvar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst