Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağla

Dizaq mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Dizaq mahalı

Dizaq (orjinalda deyilişi düzək (sədd deməkdir), zamanla dəyişikliyə məruz qalmışdır. Qarabağ xanlığının cənub sərhədlərini əhatə edən bu mahal düzənliyin dağlarla qovuşduğu yerdə qoruyucu səddlərə (düzəklərə) malik olmuş və adı da buna uyğun adlanmışdır) mahalı — Qarabağ xanlığının inzibati bölgələrindən biri.

Mündəricat

Mahal haqqında qısa məlumat

  • Sahəsi -
  • Əhalisi -
  • Yaranması — 1737-ci il
  • Paytaxtı— Tuğ kəndi
  • Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Vərəndə mahalı, şərqdən Cavanşir-Dizaq mahalı, cənubdan Xırdapara-Dizaq mahalı.

Tarixi

Mehdi bəy Məlik-Aslanovun evinin qalıqları

Adı «qalaça» kimi açıqlanır. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. O, yazır: "Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» . Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündoğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi.

Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hoğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi.

23 dekabr 1832-ci ildə başlanıb, 6 yanvar 1833-cü ildə qurtaran siyahıya alınmada Dizaq mahalında qərar tutan kəndlərin qeydiyyatı var.

Dizaq mahalı

  1. Arış kəndi-bəy rəiyyəti 12 tüstü, 26 kişi
  2. Hoğa kəndi-bəy rəiyyəti 5 tüstü, 7 kişi
  3. Rəfəddinli kəndi-bəy 2 tüstü, 5 kişi, dövlət kəndlisi 14 tüstü, 48 kişi
  4. Cuvarlı kəndi-dövlət kəndlisi 8 tüstü, 25 kişi
  5. Xələfşəli kəndi-dövlət kəndlisi 13 tüstü, 26 kişi
  6. Gavşatlı kəndi-bəy rəiyyəti 10 tüstü, 27 kişi
  7. Şıxımlı kəndi-bəy 4 tüstü, 14 kişi, dövlət kənlisi 1 tüstü, 25 kişi

Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Mahalın ərazisi yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.

Dizaq mahalının məlikləri

Titul Adı Başlanığıcı Sonu
Məlik Məlik Yeqan 1737 1744
Məlik Məlik Aram 1744 1746
Məlik Məlik İsay 1746 1781
Məlik Məlik Bəxtam 1781 1784
Məlik Məlik Abbas 1784 1805
Məlik Məlik Aslan bəy 1805 1822

Qalereya

  • Mehdi bəy Məlik-Aslanovun evi
    Mehdi bəy Məlik-Aslanovun evi
  • Qalanın çöl divarları
    Qalanın çöl divarları
  • Mehdi bəy Məlik-Aslanovun evi
    Mehdi bəy Məlik-Aslanovun evi

Həmçinin bax

  • Dizaq qəzası
  • Tuğ (Xocavənd)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dizaq mahalı haqqında məlumat. Dizaq mahalı nədir? Dizaq mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Antares

  • Fevral 27, 2026

    Tallium

  • Fevral 24, 2026

    Atropatena

  • Fevral 27, 2026

    ARMSK

  • Fevral 14, 2026

    Parlament respublikası

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst