Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası il

Divan (ədəbiyyat)

  • Ana Səhifə
  • Vikipediya
  • Divan (ədəbiyyat)

Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür.

Moğol xəttatı və onun illustratoru Dövlət. Nizaminin "Xəmsə"sindən.

Mündəricat

Etimologiya

"Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir.

"Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Bu söz sonradan bir müəllifə məxsus şeirlər toplusuna çevrilmişdir.

"Divan" termini 1697-ci ildən fransız dilində poetik əsərlərin adlarında istifadə olunmuşdur. Yohann Volfqanq Göte "Qərb-şərq divanı" (1819) kolleksiyası ilə sözü Avropa ədəbiyyatına daxil etmişdir.

İnkişafı

Osmanlışünas Valter G. Endrüsə görə, divan poeziyasının 500 ildən çox bir müddətdə mövcudluğu ərzində inkişafı haqqında tədqiqatlar tamamlanmamışdır. Divan poeziyasının dəqiq müəyyən edilmiş istiqamətləri və dövrləri hələ də müəyyən edilməmişdir. Ənənə tarixinin əvvəlində fars dilinin təsiri çox güclü olsa da, nüfuzlu fars dilindən fərqli olaraq türk dillərinin poetik statusu üçün güclü arqumentlər vermiş azərbaycanlı İmadəddin Nəsimi (?–1417?) və uyğur Əlişir Nəvai (1441–1501) kimi şairlərin təsiri ilə bir qədər yumşaldılmışdır. Qismən bu cür mübahisələrin nəticəsi olaraq XVI–XVIII əsrlərinə təsadüf edən kulminasiya dövründə divan poeziyası fars və türk elementlərinin özünəməxsus balansını göstərməyə başlamış, lakin XIX əsrin əvvəllərində burada yenidən fars təsiri hakim olmağa başlamışdır.

Məhəmməd Füzuli (1483?–1556) Azərbaycan mənşəli divan şairidir.

Bununla belə, "divan" poeziyasının üslub cərəyanları və dövrləri ilə bağlı dəqiqlik olmamasına baxmayaraq, bəzi çox fərqli üslublar kifayət qədər aydındır ki, onları bəzi şairlərin nümunəsi kimi görmək olar:

  • Məhəmməd Füzuli (1483?–1556) — Azərbaycan türkcəsində, eləcə də fars və ərəb dillərində yazıb-yaratmış şair. O, farsdilli divan poeziyasında böyük təsirə malikdir.
  • Baki (1526–1600) — böyük ritorik gücə və dil incəliyinə malik olan şair. Onun divan ənənəsinin əvvəlcədən müəyyən edilmiş tropiklərindən istifadə etmək məharəti Sultan Süleyman Qanuni dövrünün poeziyası üçün kifayət qədər xarakterikdir.
  • Nəfi (1570?–1635) — panegirik növü olan qəsidə ustası hesab edilən şair. O, həm də kəskin satirik şeirləri ilə tanınır və buna görə edam edilmişdir.
  • Nabi (1642–1712) — Osmanlı şairi. Osmanlı tarixinin durğunluq dövrünə tənqidi yanaşan bir sıra ictimai yönümlü şeirlərin müəllifidir.
  • Nədim (1681?–1730) — Osmanlı tarixinin lalə dövründə inqilabi şair. O, divan poeziyasının kifayət qədər elitist və mücərrəd dilini bir çox sadə populist elementlərlə əvəz etmişdir.
  • Şeyx Qalib (1757–1799) — sufi mövləvi təsəvvüfünün şairi. Onun yaradıcılığı çox mürəkkəb "hind üslubu"nun (Səbki-Hindi) kulminasiya nöqtəsi hesab olunur.

Urdu poeziyasında da "divan" şeirlər toplusu mənasındadır. Buna baxmayaraq, həmin poeziyada divana daha çox qəzəllər aid edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Divan (ədəbiyyat) haqqında məlumat. Divan (ədəbiyyat) nədir? Divan (ədəbiyyat) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səbailik

  • Fevral 25, 2026

    Çeçenistan

  • Fevral 27, 2026

    Var (departament)

  • Fevral 23, 2026

    Kabardin-Balkar

  • Fevral 27, 2026

    Sayaçı sözlər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst