Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən

Distant təhsil

  • Ana Səhifə
  • Vikipediya
  • Distant təhsil

Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

COVID-19 Pandemiyası zamanı məsafədən təhsil alan Meksikalı tələbə.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Tarix

Distant təhsil ilk illərindən başlayaraq 1970-ci illərə qədər əsasən çap materiallarına əsaslanırdı. Radio, audiokasset, faks, kino və telefon kimi rabitə vasitələrindən istifadə etməklə müəyyən təcrübələr aparılsa da, televiziya yayımı sahəsinin inkişafına qədər çap materiallarından əsas tədris vasitəsi kimi istifadə edilmişdir. Distant təhsil termini ilk dəfə Viskonsin Universitetinin 1892-ci il kataloqunda meydana çıxmışdır. Növbəti dövrdə distant təhsil konsepsiyasının əsasını qoyacaq müəyyən inkişaflar müşahidə olunmuşdur. Bu termin 1960-cı ildən etibarən geniş tətbiq sahəsinə malik olmuşdur. “Distant təhsil” termini daha sonra Almaniyada 1960-1970-ci illərdə alman pedaqoq Otto Peters tərəfindən təqdim edilmiş və Fransadakı distant təhsil müəssisələrinin adı (teleenseignement) kimi istifadə edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, distant təhsil sözünün mənası, distant təhsil haqqında məlumat. distant təhsil nədir? distant təhsil nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Biga çayı

  • Fevral 27, 2026

    Dəniz xəstəliyi

  • Fevral 27, 2026

    Trakya

  • Fevral 26, 2026

    Qaraçay-balkar dili

  • Mart 06, 2026

    Zehni zəiflik

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst