Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

"Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya

Zehni zəiflik

  • Ana Səhifə
  • Vikipediya
  • Zehni zəiflik

"Yaddaşın normal fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri düşüncənin aydın olmasıdır. Düşüncənin pozulması ilə müşayyət olunan bütün hallarda tam amnezyya qeyd olunur. Bir çox təsadüflərdə amneziyalar beyinin travmaları və ruhi sarsıntıları ilə əlaqədar olaraq baş verdiyi üçün travmanın vaxtından asılı olaraq o bir neçə formaya bölünür.

Mündəricat

Retroqrad amneziya

Düşüncənin pozulması ilə müşayiət olunan hadisə zamanı (travma) və ondan əvvəlki hadisələrin müəyyən müddət unudulmasına deyilir. Məsələn, avtomobil qəzası nəticəsində düşüncənin qısa müddətli pozulması ilə müşayiət olunan kəllə travması alan adam, maşına mindiyi ana qədər hadisələri ya dəxşı yadına saldığı halda ondan sonrakı travmayadək olan hadisələri tamamilə unutmuşdur. Nəqliyyat hadisəsi maşın yola düşəndən 15 dəqiqə sonra baş vermişdir. Başqa bir xəstə travmaya qədərki beş gün müddətində baş vermiş hadisələri unutmuşdur.

Anteroqrad amneziya

Travmadan sonrakı hadisələrin bu və ya başqa müddət ərzində unudulmasına deyilir. Müddəti bir neçə dəqiqədən bir neçə günə qədər ola bilər.

Retroanteroqrad amneziya

Həm travmadan əvvəlki, həm də travmadan sonrakı dövrləri əhatə edə bilər. Retadik amneziya zamanı xəstə tutma halından çıxdıqdan sonra müəyyən hadisələri yadına salır lakin bir neçə gündən sonra hər şeyi unudur. Epilepsiya xəstəliyi ilə əlaqədar düşüncənin alaqaranlıq pozuntularında, beyin damarlarının xəstəliklərində təsadüf edilir.

Affektogen amneziya

İnsanın öz şəxsi həyatının bəzi mühüm anlarının, xüsusi ilə təəssüratlarla əlaqədar hadisələrin unudulmasıdır. Bu mərkəzi sinir sisteminin üzvi xəstəliklərində (beyin damarlarının aterosklerozu, qocalıq psixozları) və isteriya nevrozu zamanı təsadüf edilir.

Amnestik desorientasiya

Xəstələr əşyaların adlarını yada salmır. Bəzən xəstələr harda olduqlarını, vaxtı unudurlar. Qocalıq ağıl zəifliyində rast gəlinir.

Fiksatsion amneziya

Yadda saxlamaq qabiliyyətinin pozulmasına deyilir. İnsan eşitdiyi, şahidi olduğu hadisələri dərhal unudur, bəzən bir qədər əvvəl gördüyü adamla yenidən salamlaşır, eyni sözü dəfələrlə soruşur. Korsakov amnestik sindromunda, kəllə travmalarında, beyin şişlərində , və digər üzvü pozuntularda rast gəlinir. Tədricən artan proqresiv amneziya — adından məlum olduğu kimi yavaş – yavaş güclənən yadda pozuntusu olub beyin damarlarının patologiyasında qocalıq psixozlarında rast gəlinir".

Ümumiyyətlə gərgin iş qrafiki, informasiya çoxluğu, gecə həyatı, düzgün balanslaşdırılmamış qidalanma beynin fəaliyyətinə də öz təsirini göstərir. Yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xəstəliklərin (beyin damarlarının aterosklerozu, qocalıq ağıl zeifliyi, Alsqeymer xəstəliyi və s.) nəticəsi olur. Müalicə də bu yönümdə aparılmalıdır. Cavan şəxslərdə isə yaddaş pozğunluğu yorğunluğun, qeyri-düzgün həyat tərzinin, həddən artıq informasiya yüklənməsinin nəticəsidir. Bundan başqa bir şeyi yadda saxlayarkən onu düzgün, nə iləsə əlaqələndirib(assosiativ) yadda saxlamaq lazımdır.

Yaddaşın gücləndirilməsi

Öncəliklə rejimə riayət etmək, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, vaxtlı-vaxtında istirahət etmək lazımdır. Qidalanarkən tərkibində aminturşular(zülallar), Fosfor, Kalsium, A, E, B qrup vitaminlər olan qidalara çox yer verilməlidir. Bunlara misal olaraq Balıq eti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao və s. göstərmək olar. Səhər və axşamlar bal şərbəti və ya şirinçay içmek beynin qlükozaya olan tələbatını ödəməklə yaddaşı yaxşılaşdırır. İdman etmək, xüsusile də onurğa sütununun idmanları beyin qan dövranını gücləndirir və yaddaşı yaxşılaşdırır. Bundan başqa beyin qan dövranını yaxşılaşdıran dərman maddələri – sinnarizin, nootropil, qlisin və s. mövcuddur. Yaddaşı yaxşılaşdırmağı, informasiyaları daha asan ve effektiv yadda saxlamağı öyrənən xüsusi bir elm sahəsi – Mnemonika mövcuddur. Bele ki, çoxsaylı informasiyanı (məsələn, İngilis dilində sözlər, telefon nömrələri) yadda saxlamaq, beyinin bu sahədə imkanlarından maksimal istifadə etmək üçün xüsusi treyninq proqramlar, cürbəcür üsullar düşünülübdür. Onların əksəriyyəti assosiativ üsullardır". Onu da qeyd edək ki, həkimlər bir çox qidalardan beyinin və yaddaşın gücləndirilməsinə müsbət təsirini vurğulayırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zehni zəiflik sözünün mənası, zehni zəiflik haqqında məlumat. zehni zəiflik nədir? zehni zəiflik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Negev

  • Fevral 27, 2026

    Azər Turan

  • Fevral 27, 2026

    Qobu

  • Fevral 27, 2026

    Vladimir Voronin

  • Mart 06, 2026

    Senecio

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst