Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Diskaunter, həmçinin diskaunt mağaza və ya endirim mağazası (ing. discount – "endirim" sözündən) — orta bazar qiymətlərindən aşağı qiymətə geniş çeşiddə məhsull

Diskaunter (mağaza)

  • Ana Səhifə
  • Vikipediya
  • Diskaunter (mağaza)

Diskaunter, həmçinin diskaunt mağaza və ya endirim mağazası (ing. discount – "endirim" sözündən) — orta bazar qiymətlərindən aşağı qiymətə geniş çeşiddə məhsullar təqdim edən mağaza. Bu mağazaların əsas məqsədi məhdud çeşidli məhsullara və optimal qiymət siyasətinə fokuslanmaqdır. Operativ idarəetmə, logistika xərclərinin minimallaşdırılması və səmərəli işçi qüvvəsinin təşkili bu marketlərin əsas prinsiplərini təşkil edir.

Almaniyada ərzaq diskaunteri olan "Aldi".

Xüsusiyyətləri

Diskaunterlər bir neçə unikal xüsusiyyətə malikdir. Əsas diqqət gündəlik ehtiyac məhsullarına yönəlmişdir. Bu məhsullar arasında ərzaq, içkilər, məişət təmizləyici vasitələr və gigiyena məhsulları üstünlük təşkil edir. Məhsul çeşidləri adi supermarketlərdən daha az olsa da, ən çox tələb olunan məhsulları əhatə edir. Mağaza dizaynı minimalist və funksionaldır. Məhsullar bəzən qutularda və ya sadə rəflərdə təqdim olunur ki, bu da həm xərclərin azaldılmasına, həm də məhsul yerləşdirmənin daha operativ həyata keçirilməsinə şərait yaradır.

Diskaunterlərdə həm markalı, həm də özəl etiket məhsulları mövcuddur. Özəl marka məhsulları adətən daha ucuz olur və bu, qiymət siyasətini müştərilər üçün daha cəlbedici edir. "Lidl" və "Aldi" kimi beynəlxalq diskount şəbəkələri bu yanaşmanın uğurlu nümunələridir.

Qiymət siyasəti endirimlərə əsaslanır. Tədarükçülərdən məhsulların böyük miqdarda alınması tədarük şərtlərində güzəşt əldə etməyə imkan verir. Bu, müştərilərə daha sərfəli qiymətlər təklif etməyə şərait yaradır. Xidmət səviyyəsi minimum səviyyədədir. İşçi sayı azdır və xidmətlər sadədir. Bu yanaşma məhsulların qiymətinin aşağı səviyyədə qalmasına kömək edir.

Diskaunterlərin üstünlükləri arasında məhsulların daha ucuz qiymətə təqdim olunması, hər kəs üçün əlçatan məhsulların mövcudluğu və səmərəli alış-veriş təcrübəsi yer alır. Bununla belə, məhsul çeşidinin məhdudluğu, əlavə xidmətlərin azlığı və bəzi istehlakçılar üçün sadə mağaza dizaynının cazibəsiz görünməsi kimi məhdudiyyətlər də mövcuddur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diskaunter (mağaza) haqqında məlumat. Diskaunter (mağaza) nədir? Diskaunter (mağaza) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kinema Citrus

  • Fevral 27, 2026

    VI Mehmed

  • Mart 01, 2026

    Narva çayı

  • Fevral 27, 2026

    Dadlıq

  • Mart 01, 2026

    AB

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst