Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dinarə Əliyeva (17 dekabr 1980, Bakı) – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Azərbaycanın xalq artisti (2018).

Dinarə Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Dinarə Əliyeva

Dinarə Əliyeva (17 dekabr 1980, Bakı) – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Azərbaycanın xalq artisti (2018).

Dinarə Əliyeva
Ümumi məlumatlar
Doğum tarixi 17 dekabr 1980(1980-12-17) (45 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi
Fəaliyyət illəri 2002-ci ildən
Səs tembri soprano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar artisti
dinaraalieva.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dinara Əliyeva, Traviata operasında, Violetta, obrazında (soprano) və Elçin Əzizov, Jorc Jermon, (Alfredonun atası) obrazında (bariton), Dövlət Akademik Böyük Teatr, 2013.

Həyatı

Dinarə Əliyeva 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir. Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır.

Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D. Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu.

2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-cü ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C. Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D. Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.

Yüksək istedadı ilə fərqlənən və BMA-nı fərqlənmə diplomu ilə bitirən D. Əliyeva 2004-cü ildə dünya şöhrətli müğənni Monserrat Kabalyenin Bakıya səfəri zamanı onun keçirdiyi ustad dərsində çıxış etmiş və gənc vokalçının ifası M. Kabalye tərəfindən yüksək qiymətləndirilmişdir.

2005-ci ildə D. Əliyeva Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, nüfuzlu münsiflər heyəti onun ifasını çox bəyənmiş və D. Əliyeva üçüncü yerin sahibi kimi laureat adına layiq görülmüşdür.

2007-ci ildə Dinara Əliyeva Maria Kallas festivalında laureatı olub, 2009-cu ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin laureatı olub.

2010-cu ildə Əliyeva Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub.

Gənc olmasına baxmayaraq D. Əliyeva artıq milli vokal sənətimizi Azərbaycanın hüdudlarından kənarda ləyaqətlə təmsil edir. Misir və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində D. Əliyevanın parlaq ifasına tamaşaçılar tərəfindən yüksək qiymət verilmişdir. D. Əliyeva eyni zamanda bir çox hökumət və yubiley tədbirlərində çıxış edir.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Rusiya Böyük teatrının solistidir.

Filmoqrafiya

  1. Bir anın həqiqəti (film, 2003)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dinarə əliyeva sözünün mənası, dinarə əliyeva haqqında məlumat. dinarə əliyeva nədir? dinarə əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tomas Sankara

  • Fevral 27, 2026

    Nyu-Hempşir

  • Mart 06, 2026

    Ada-Boyana

  • Mart 01, 2026

    İctimaiyyətlə əlaqələr

  • Fevral 25, 2026

    Enola Gay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst