Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bac

Dilrüba Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Dilrüba Sultan

Dilrüba Sultan (Osmanlı türkcəsi: ديلروبا سلطان)(d. 1594 - ö. 1623) — III Mehmedin Həlimə Sultandan doğulan qızıdır. I. Mustafanın doğma, I Əhmədin isə ögey bacısıdır.

Dilrüba Sultan
ديلروبا سلطان
Şəxsi məlumatlar
Doğum tarixi 1594
Doğum yeri Manisa, Osmanlı imperiyası
Vəfat tarixi 1623 (28–29 yaşında)
Fəaliyyəti Sultan
Atası III Mehmed
Anası Həlimə Sultan
Həyat yoldaşı Qara Davud Paşa

Həyatı

Dilrüba Sultan 1594-cü ildə atasının Manisa sancaqbəyliyi dövründə dünyaya gəlmişdir. Anası Həlimə Sultan əslən çərkəzdir. Atasının vəfatının ardından taxta çıxan I Əhməd qardaşına toxunmadı. Bununla da, həm Şahzadə Mustafa, həm də bacısı ilə anası sarayda güc qazandı. Sultan Əhmədin səltənəti dövründə təxminən 1610-cu ildə Rumeli bəylərbəyi Qara Davud Paşa ilə evləndirildi.

Qardaşı I Mustafanın ilk səltənətində anası və əri Davud Paşa ilə birlikdə dövlət məsələləri ilə məşğul oldu. Bu dövr ərzində əri Davud Paşa kaptan-ı dərya olaraq fəaliyyət göstərdi. Ancaq əqlən zəif olan I Mustafanı taxtda çox saxlaya bilmədilər. 26 fevral 1618 tarixində Sultan Mustafa taxtdan endirildi və sabiq padşahın anası Həlimə Sultan və bacısı Dilrüba Sultan Köhnə saraya sürgün edildi. II Osmanın səltənəti dövründə burada qalan Dilrüba Sultan 1622-ci ilin mayında baş tutan siyasi qarışıqlıqlarda önəmli rol oynadı. Üsyançıların, qapalı şəraitdə hərəmxanada saxlanılan qardaşı Sultan Mustafanı yenidən taxta çıxarması üçün əri Davud Paşa ilə birlikdə çalışdı. Bu dəfə ərini sədrəzəmliyə qədər yüksəldən Dilrüba Sultan üsyançıların Sultan Osmanın qatillərini cəzalandırmaq istəməsilə çətin vəziyyətə düşdü və ərini üsyançıların istəyilə sədarətdən uzaqlaşdırdı. Bir müddət gizlədilən Davud Paşa 3 fevral 1623 tarixində ələ keçirildi və Yeddiqüllə zindanlarında qətlə yetirildi. Dilrüba Sultanın cəlladlara rüşvət verərək edamı gecikdirdiyi də məlumdur.

Ölümü ilə bağlı heç bir məlumat yoxdur. Sadəcə 1623-cü ildə ərinin edamından qısa müddət sonra Köhnə sarayda vəfat etdiyi bilinir. Davud Paşa ilə olan evliliyindən bir oğlu və bir qızı dünyaya gəldi.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dilrüba Sultan haqqında məlumat. Dilrüba Sultan nədir? Dilrüba Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Baharçılar

  • Fevral 27, 2026

    Birlik (jurnal)

  • Fevral 27, 2026

    Folk-musiqi

  • Fevral 24, 2026

    Ağdam rayonu

  • Fevral 28, 2026

    Zangibar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst