Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi.

Dilican rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Dilican rayonu

Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi.

Rayon
Dilican rayonu
İnzibati mərkəz Dilican
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 1951
Sahəsi 477 (1948) km²
Əhalisi
Əhalisi 14 600 (1939) nəfər

Mündəricat

Tarixi

Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi.

Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi.

Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır.

Ərazisi

Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi.

İnzibati bölgüsü

Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd, 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi.

Əhalisi

Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı.

1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı. Qeyd edilən tarixdə Ermənistan SSR əhalisi 1.032.700 nəfər, onlardan kənd əhalisi isə 812.300 nəfər idi, yəni bütün ölkə əhalisinin 3.03%–i, kənd əhalisinin isə 3.85%–i Dilican rayonunun payına düşürdü.

1 yanvar 1933–cü il tarixinə olan cari hesablamalara əsasən isə rayonda 33.5 min nəfər əhali var idi, əhali 3 il öncəki müvafiq tarixə olan göstəriciyə nisbətdə 7 % və ya təqribən 2.2 min nəfər artmışdı. Rayon əhalisinin təqribən 5.5 min nəfəri rayonun inzibati mərkəzi olan Dilican yaşayış məntəqəsində məskunlaşmışdı. Qeyd edilən tarixə bütün ölkə əhalisi 1.109.200 nəfər təşkil etmişdi, yəni bütün ölkə əhalisinin 3.02%–i Dilican rayonunun payına düşürdü.

Etnik tərkibi

1939–cu il siyahıyaalınmasına əsasən rayonda yaşayan 14.600 nəfərin 5.296 nəfəri və ya 36.27%–i şəhər, 9.304 nəfəri və ya 63.73%–i isə kənd əhalisi idi. Azərbaycanlılar ümumi rayon əhalisinin (2.051 nəfəri) 14.05%–ni təşkil edirdilər; azərbaycanlıların 1.02%–i (21 nəfəri) Dilican (şəhər tipli) qəsəbəsində, 98.98%–i (2.030 nəfəri) isə kəndlərdə yaşayırdı.

Etnik
qrup
17 – 23 yanvar, 1939–cu il sa.
Sayı %
Cəmi 14 600 100.00
Ermənilər 10 995 75.31
Azərbaycanlılar 2 051 14.05
Ruslar 1 330 9.11
Ukraynalılar 132 0.90
Kürdlər 34 0.23
Belaruslar 23 0.16
Yunanlar 11 0.08
Gürcülər 9 0.06
Ləzgilər 3 0.02
Laklar 3 0.02
Almanlar 2 0.01
Yəhudilər 2 0.01
Osetinlər 2 0.01
Litvalılar 1 0.01
Polyaklar 1 0.01
Digərləri 1 0.01

Qeydlər

  1. Yenə həmin mənbəyə (səh. 234) əsasən Ermənistan SSR–də 1.961 kənd, 21 şəhər tipli qəsəbə, 2 işçi qəsəbəsi və 2 müstəqil inzibati vahid (İrəvan və Leninakan şəhərləri) olmaqla cəmi 1.986 yaşayış məntəqəsi var idi.
  2. Faizli göstəricilər mənbədə (səh. 235) qeyd edilən məlumatlar əsasında hesablanılmışdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dilican rayonu haqqında məlumat. Dilican rayonu nədir? Dilican rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sosial demokratiya

  • Fevral 27, 2026

    Azərbaycan Kuboku

  • Fevral 27, 2026

    Statistika

  • Fevral 27, 2026

    Kəllə sinirləri

  • Fevral 27, 2026

    Sergey Baqapş

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst