Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı.

Dilbər Axundzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Dilbər Axundzadə

Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı.

Dilbər Axundzadə
Doğum tarixi 29 may 1914(1914-05-29)
Doğum yeri
  • Yelizavetpol, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1990(1990-10-21) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı
  • Mikayıl Müşfiq (1933–1938)
Təhsili
  • Bakı Pedaqoji Texnikumu (–1932),
  • Azərbaycan Dövlət Tibb İnstitutu (1935–1937)
Fəaliyyəti şair

Mündəricat

Həyatı

İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur.

O, gəncliyində Gəncə Şəhər Sovetinin, və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir.

Həbsi və azad edilməsi

Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir.

Mikayıl Müşfiq və Dilbər Axundzadə

Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir.

Sonrakı illəri

Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır. Şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır.

Dilbər Axundzadə daha sonra dini nikahla yenidən evlənmiş və bu evlilikdən bir oğlu və Leyla adında bir qızı olmuşdur. Oğlu 60 yaşında ölmüşdür.

Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Əsərləri

  • "Müşfiqli günlərim" Bakı-1968.

Xatirəsi

2002-ci ildə Mikayıl Müşfiqlə bağlı "Qeybdən gələn səs" filmi çəkilmiş və filmdə Dilbər rolunu İlahə Səfərova canlandırmışdır.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Dilbər Axundzadənin həbsi də təsvir edilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dilbər Axundzadə haqqında məlumat. Dilbər Axundzadə nədir? Dilbər Axundzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Till Lindeman

  • Fevral 27, 2026

    Lina Heydrix

  • Fevral 27, 2026

    Agarista

  • Fevral 27, 2026

    Rza Bədəlov

  • Fevral 27, 2026

    Abbas Əzimov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst