Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[…] – 9 yanvar 2014[…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqat

Deyl Martinsen

  • Ana Səhifə
  • Vikipediya
  • Deyl Martinsen

Deyl Martinsen (ing. Dale Thomas Mortensen; 2 fevral 1939[…] – 9 yanvar 2014[…]) — amerikalı iqtisadçı. 2010-cu ildə Qoşalaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatlarına görə Piter Daymond və Xristofor Pisserideslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Deyl Martinsen
ing. Dale Thomas Mortensen
Doğum tarixi 2 fevral 1939
Doğum yeri Oreqon ABŞ ABŞ
Vəfat tarixi 9 yanvar 2014 (74 yaşında)
Vəfat yeri İllinoys ABŞ ABŞ
Vəfat səbəbi xərçəng xəstəliyi
Vətəndaşlığı ABŞ ABŞ
Elm sahəsi Əməyin iqtisadiyyatı
İş yeri Şimal-Qərb Universiteti
Təhsili
  • Karnegi Mellon Universiteti
Tanınmış yetirməsi Xristofor Pisserides
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Ekonometrik Cəmiyyət (1978)
Mükafatları Nobel mükafatı 2010 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Deyl Martinsen iqtisadiyyat üzrə bakalavr təhsilini Uillametti Universitetində tamamlamışdır. Doktorluq dərəcəsinə isə Karnegi-Mellon Universitetində yüksəlmişdir. "Beta Teta Pi" qardaşlıq dərnəyinin üzvüdür. 1965-ci ildən bəri Şimal-Qərb Universitetində işləyən Martinsen, 1980-ci ildən bəri professor olaraq çalışmaqdadır. Eyni zamanda 2006–2010-cu illərdə Orhus Universitetində qonaq professor olaraq çalışmışdır.

Deyl Martinsenin tədqiqatları əməyin iqtisadiyyatı, makroiqtisadiyyat və iqtisadi nəzəriyyə haqqında olmuşdur. Xüsusilə müvəqqəti işsizliyin uyğunlaşdırma nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır.

Deyl Martinsen Şimal-Qərb Universitetində professor olan Beverli Martinsenlə evlidir.

Mükafatları

  • 1965 — Aleksandr Henderson mükafatı.
  • 2005 — İZA Əməyin İqtisadiyyatı mükafatı (ing. IZA Prize in Labor Economics), Xristofor Pisserideslə birlikdə.
  • 2010 — İqtisadiyyat üzrə Nobel mükafatı, Piter Daymond və Xristofor Pisserideslə birlikdə.

Əsərləri

  • D. Mortensen and E. Nagypál (2007), 'More on unemployment and vacancy fluctuations.' Review of Economic Dynamics 10 (3), pp. 327–47.
  • D. Mortensen (2005), Wage Dispersion: Why Are Similar Workers Paid Differently?, MIT Press. ISBN 0-262-63319-1
  • K. Burdett and D. Mortensen (1998), 'Wage differentials, employer size, and unemployment.' International Economic Review 39, pp. 257–73.
  • D. Mortensen and C. Pissarides (1994), 'Job creation and job destruction in the theory of unemployment.' Review of Economic Studies 61, pp. 397–415.
  • D. Mortensen (1986), 'Job search and labor market analysis.' Ch. 15 of Handbook of Labor Economics, vol. 2, O. Ashenfelter and R. Layard, eds., North-Holland.
  • D. Mortensen (1982), 'Property rights and efficiency of mating, racing, and related games.' American Economic Review 72 (5), pp. 968–79.
  • D. Mortensen (1982), 'The matching process as a non-cooperative/bargaining game.' In The Economics of Information and Uncertainty, J. McCall, ed., NBER, ISBN 0-226-55559-3.
  • D. Mortensen (1972), 'A theory of wage and employment dynamics.' In Microeconomic Foundations of Employment and Inflation Theory, E. Phelps et al., eds., Norton, ISBN 978-0-393-09326-1

Həmçinin bax

  • İqtisadiyyat üzrə Nobel mükafatı
  • İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, deyl martinsen sözünün mənası, deyl martinsen haqqında məlumat. deyl martinsen nədir? deyl martinsen nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    TV Tuner

  • Fevral 27, 2026

    Andaman dənizi

  • Fevral 27, 2026

    Deni Sassu-Nqesso

  • Fevral 27, 2026

    İnfant Juan

  • Fevral 27, 2026

    S:Kovsər surəsi

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst