Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Det metal (ing. Death metal) — Qərbdə kommunizmə qarşı formalaşan hirsli təzyiq dövründə bu musiqi, nihilist bir ideya, ya da inanca qarşı bir təzyiq idi. Gitar

Det-metal

  • Ana Səhifə
  • Vikipediya
  • Det-metal

Det metal (ing. Death metal) — Qərbdə kommunizmə qarşı formalaşan hirsli təzyiq dövründə bu musiqi, nihilist bir ideya, ya da inanca qarşı bir təzyiq idi. Gitaraların tonlarındakı sərtlik, nifrət, yüksək tonlarda düzəldilmiş musiqi sistemləri və vəhşi vokallar. Hamısı bu qarşıdurmanın "inasanlığın siyasi əməllərə alət edilməsi, müharibələrin məqsədləri və s.."-yə bir simvoldur.

Det Metal
Death Metal
İstiqamət Metal
Mənbəsi treş metal, erkən blək metal
Yarandığı dövr 1980-ci illərin ortası
Ölkə ABŞ ABŞ
Tipik alət elektro gitara, bas, baraban
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Death metal illərdir tərəfindən hər hansı bir ad verilmədən bəzi qruplar tərəfindan icra edilirdi. Speed Metal dövründə Destruction, Thrash Metal dövründə Cryptic Slaughter və hərdən hardcore qrupu The Exploited, bu tərzi ilk vaxtlarda bu tərzdən bacarıqla istifadə edən qruplardandır. Ornegin, the Exploitedin işlətdiyi gitara rifləri bu günün Death Metalda tez-tez istifadə edilən riflərdəndir. (xüsusilə "Lets Have A War" albomu).

Bir çox qrup musiqilərini, inkişaf etmiş gitara rifləri, sürətli gitara soloları və bəzi ritmlərlə bəzəyirdilər. Yeni yaranmış bu tərzin adı "Death metal" idi. Köhnə nihilist qruplardan bəhrələnən yeni qrupların musiqi texnikası və sözləri daha vacib vüsət almışdı. Xaotik sərt ritmlər, bəzən mifoloji hekayələr mahnıların əsasını təşkil edirdi.

Bu tərzin atası və ən vacib qrupları kimi qəbul edilən Death, Obituary, Malevolant Creation, Master, Hatebreed və Eternal Bleedingdir. Hatebreed-dən başqa bütün adı çəkiln qrupların hamısı Florida dandır. Buna görə də Death Metal-ın vətəni Florida bilinir.

Ümumiyyətlə Death Metal, narahat edən, zəhlətökən musiqi kimi görünürdü. Bunun səbəbi isə vokallar idi. Vokallar məhz boğazdan gəlirdi və ürkütücü səslənirdi. Bu səs, vəhşi heyvanın, üstünə hücum etməyə hazırlaşan düşmanını qorxutmaq üçün çıxardığı vahiməli qışqırığa oxşayırdı. Barabançılar adətən 2 bas barabandan istifadə edirdilər və 2 cür ritm əmələ gətirirdilər. Bəzən fonda klassik alətlərlə yanaşı başqa sinfonik alətlər də olurdu. Amma heç vaxt bu alətlər 1-ci dərəcəli kimi qəbul edilməyib. Mahnılarda rok , caz və blues janrlarda işlədilən ritmlər, mərhəmətsiz gitara soloları, riffləri və bateri soloları ilə işlədilməkdə idi. Bir çox dinləyici bu tərzi dünyaya aid olmayan sadist və antisosial olaraq qəbul edirdi.

Death Metal underground (yeraltı) musiqi kimi yaranmışdı. Yəni maddi gəlirdən çox musiqidən alınan ləzzət əsas idi. Nifrət musiqi olaraq bilinən bu tərzdə bəzi qruplar musiqilərindəki sərtlik və ritmlə bərabər, fərqli mahnı sözləri ilə diqqət cəlb edib. Ən vacib nümunə Cannibal Corpse qrupudur. Sözlərində "Çəkiclə parçalanmış sifət", "Bıçaqla cinsi əlaqə" və s. kimi ifadələrlə bərabər, vəhşilik, anormallıq yer alır.

Bu gün Death Metal, nə qədər də 90-cı illərdəki kimi güclü olmasa da, hələ də sərt ritmlər, lokomotiv bateri tonları və vəhşi vokallar işlədə bilən qrupların sayəsində yaşamaqdadır.

Det metal qrupları

  • Death
  • Cannibal Corpse
  • Nile
  • Behemoth
  • Vader
  • Morbid Angel
  • Opeth
  • Amon Amarth
  • Deicide
  • In Flames
  • Carcass
  • Arch Enemy
  • Children of Bodom
  • Bloodbath
  • Hypocrisy

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, det-metal sözünün mənası, det-metal haqqında məlumat. det-metal nədir? det-metal nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Ostan

  • Fevral 27, 2026

    İrakli Kvirikadze

  • Fevral 27, 2026

    Sogd vilayəti

  • Mart 06, 2026

    1935-ci il

  • Fevral 27, 2026

    General-leytenant (Azərbaycan)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst