Demilitarizasiya zonası (ing. Demilitarized zone və ya DMZ) - hərbçilərdən alınmış termindir, döyüş əməliyyatlarının hazırlanması və aparılması qadağan edilmiş əraziləri bildirmək üçün istifadə edilir. İnformasiya texnologiyaları sahəsində DMZ termini əsasən şəbəkə ekranının xarici seqmenti ilə xarici marşrutizatorun daxili interfeysi arasında qalan şəbəkə seqmentini bildirir.
Demilitarizasiya zonasının təyinatı müxtəlif servislər təqdim etmək imkanı saxlamaqla, konfidensial informasiya olan daxili şəbəkəni bütün digər şəbəkələrdən təcrid etməkdir. DMZ zonada, bir qayda olaraq, İnternetdən müraciət olunan informasiya resursları yerləşdirilir.
Ədəbiyyat
- İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, demilitarizasiya zonası sözünün mənası, demilitarizasiya zonası haqqında məlumat. demilitarizasiya zonası nədir? demilitarizasiya zonası nə deməkdir?