Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı.
Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir.
Debütlər bir neçə növə bölünür:
- açıq: 1. e4 e5;
- yarımaçıq: 1. e4, qaralar 1...e5-dən başqa bir gediş oynayırlar;
- bağlı: 1. d4 d5;
- yarımbağlı: 1. d4, qaralar 1...d5-dən başqa bir gediş oynayırlar;
- flanq: ağlar 1. e4, e3, d4, d3 gedişlərindən başqa gediş ilə başlayırlar.
Məşhur debütlər
- Fransız müdafiəsi
- Kataloniya başlanğıcı
- Karo-Kann müdafiəsi
- İspan görüşü
- İtalyan görüşü
- Mərkəzi debüt (şahmat)
- Siciliya müdafiəsi
- Vəzir qambiti
Həmçinin bax
- Endşpil
- Hind debütü
- Qambit
- Mittelşpil
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, debüt (şahmat) sözünün mənası, debüt (şahmat) haqqında məlumat. debüt (şahmat) nədir? debüt (şahmat) nə deməkdir?