Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İzirtu və ya İzurtu (Zirta) — e.ə. IX-VI əsrlərdə mövcud olmuş Manna dövlətinin paytaxtı; Qədim Azərbaycan şəhəri.

İzirtu

  • Ana Səhifə
  • Vikipediya
  • İzirtu

İzirtu və ya İzurtu (Zirta) — e.ə. IX-VI əsrlərdə mövcud olmuş Manna dövlətinin paytaxtı; Qədim Azərbaycan şəhəri.

İzurtu şəhərinin xəritədə yeri

Mündəricat

Adının mənşəyi

Manna şəhərinin mərkəzi olmuş İzirtunun adı Assur mənbələrində İzirtu, Zirta, İzurtu formalarında çəkilir. Bukandan tapılan arameycə yazıya əsasən İzirtunu b.e.ə. VIII əsrdə Xaldi Allahının qərar tutduğu Z'tr ilə eyniləşdirirlər.

Tarixi

İzirtunun adı ilk dəfə b.e.ə. 829-cu ildə Assur salnaməsində mannalı Udakinin hökmdar şəhəri kimi xatırlanır. Həm Udaki, həm Ulusunu, həm də Ahşerinin Mannada hakimiyyəti dövründə Aşşur hökmdarları İzirtunu yandırmışdılar. Məsələn, b.e.ə. 716-cı ildə Aşşur hökmdarı II Sarqon, b.e.ə. 650-ci ildə isə Aşşur hökmdarı Aşşurbanipal İzirtunu zəbt edərək dağıtmış, yandırmışdır. Lakin hər dəfəsində şəhər yenidən əvvəlki əzəmətini bərpa etməyə nail olmuşdur.

Yerləşmə yeri və strukturu

Tədqiqatçıların fikrincə, İzirtu müasir Ziviyə şəhərinin yaxınlığında yerləşirdi. Buna əsas kimi Assur hökmdarı II Sarqonun e.ə. 716-cı ildə yürüşü vaxtı İzirtu yaxınlığında yerləşən Zibia və Armait qalalarını ələ keçirməsi qeyd olunur. Görünür həmin qalalar İzirtuya girəcəyi qoruyurmuşlar. Eyni ərazilər Ahşerinin hakimiyyəti dövründə şəhərin işğalı ilə məlumat verən Assur mənbələrində də xatırlanır. Orada bu yerlərin adı Urmeyate, Uzbia qalaları kimi qeyd edilsə də eyni ərazilərdən - Zibia və Armaitdən söhbət getməsi bəlli olur. İzirtu da digər Manna şəhərləri kimi müdafiə xarakterli qalalarla əhatələnmişdi. Şəhərdə iki və üç mərtəbəli binalar, eləcə də məbədlər olub.

A. Qodar Zibia qalasını indiki Ziviyə kəndi yaxınlığında dəfinə tapılmış yerin yaxınlığındakı təpə ilə lokalizə edir. Aşşur mənbələrində Zibia ilə yanaşı adı çəkilən Armait (Urmeyate) qalası isə ona yaxın, indiki Sahab kəndinin ərazisində lokalizə edilir. A. Qodar 5 km-də yerləşən Qaplantu şəhər yerini İzirtu ilə eyniləşdirir. Lakin İ. M. Dyakonov buna şübhə ilə yanaşır.

Həmçinin bax

  • Manna dövləti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İzirtu haqqında məlumat. İzirtu nədir? İzirtu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Demokrit

  • Fevral 23, 2026

    Göy gurultusu

  • Fevral 23, 2026

    Babilistan

  • Fevral 24, 2026

    Həkəri çayı

  • Fevral 24, 2026

    Səhiyyə iqtisadiyyatı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst