Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Süleyman Davud ibn Nuseyr ət-Tai (ərəb. داود الطائي‎; 710-cu illər, Kufə – 781, Kufə) — ilk dövr sufilərindən biri, zahid.

Davud ət-Tai

  • Ana Səhifə
  • Vikipediya
  • Davud ət-Tai

Əbu Süleyman Davud ibn Nuseyr ət-Tai (ərəb. داود الطائي‎; 710-cu illər, Kufə – 781, Kufə) — ilk dövr sufilərindən biri, zahid.

Davud ət-Tai
ərəb. داود الطائي‎
Doğum tarixi 710-cu illər
Doğum yeri
  • Kufə, İraq
Vəfat tarixi 781(0781)
Vəfat yeri
  • Kufə, İraq
Elm sahələri sufilik, fiqh
Elmi rəhbəri Əbu Hənifə
Tanınmış yetirməsi Məruf əl-Kərxi

Həyatı

Doğum tarixi naməlumdur. Zəhəbi doğum tarixinin hicri II (VIII) əsrin əvvəlləri olduğunu qeyd edib. Kufədə uzun müddət Əbu Hənifədən fiqh və hədis təhsili alıb. Əbu Hənifənin ən sevimli tələbələrindən olan Davud, fiqh və hədisdə yüksək səviyyəyə çatmışdır. Həmçinin təsirli nitq qabiyyətinə malik olan Davud, ehtimal ki, kobud da danışmışdır. Belə ki, bir nəfəri dəyənək ilə vurduqdan sonra müəllimi Əbu Hənifə onu belə danlamışdır:

" Əbu Süleyman, sənin əlin də, dilin də çox uzanıb! "

Rəvayətə görə, bu hadisədən sonra Davud heç danışmamış, nə sual vermiş, nə də verilən suallara cavab vermişdir.

Davud, bir səbəbdən (mənbələrdə müxtəlif səbəblər qeyd edilib) qələmə aldığı kitabları Fərata ataraq tamamı ilə sufiliyə və ibadətə yönəlmiş, namaz vaxtları istisna olmaqla, evindən çıxmamışdır. Sufilikdə mürşidinin Həbib ər-Rəi adlı bir şəxs olduğu deyilib. O, tabiin başda olmaqla, bir çox görkəmli şəxslə görüşmüşdür. Harun ər-Rəşid, Cəfər əs-Sadiq, İbrahim ibn Ədhəm və Fudeyl ibn İyad bu şəxslərdəndir.

Davud ət-Tainin həyatında az yemək, az yatmaq, az danışmaq, Allah qorxusu və axirət qayğısı kimi anlayışları müşahidə etmək mümkündür. Belə ki, Qureyşi, Davuda hakim olan halın kədər olduğunu qeyd etmişdir. O, iyirmi il boyunca evinin tavanına belə baxmamış, ancaq öz daxili aləmi ilə məşğul olmuşdur.

Onun ən tanınmış müridi Məruf əl-Kərxidir.

Davud gizlin bir yerdə basdırılmasını vəsiyyət etmişdir. O, Quran oxuyarkən xarabalığa çevrilmiş evində vəfat etmişdir. Mənbələrdəki rəvayətə görə, o, cəhənnəmlə bağlı gecədən səhərə kimi oxuduğu ayələrin təsirindən xəstələnmiş və vəfat etmişdir. Mənbələrdə onun vəfat tarixinin hicri 160-166-cı (776-783) illər arasında olduğu qeyd edilib.

Həmçinin bax

  • Hənəfilərin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Davud ət-Tai haqqında məlumat. Davud ət-Tai nədir? Davud ət-Tai nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Arzu Səmədbəyli

  • Fevral 27, 2026

    Negidallar

  • Fevral 27, 2026

    Tibet dili

  • Fevral 27, 2026

    Elton Con

  • Fevral 27, 2026

    Dünya ədəbiyyatı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst