Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzin

Davud Paşayev

  • Ana Səhifə
  • Vikipediya
  • Davud Paşayev

Davud Hüseyn oğlu Paşayev (rus. Дави́д Гусе́йнович Паша́ев; 19.7.1940, Ostaşovo, Moskva vilayəti — 6.4.2010, Moskva) — Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru (1993–2004) və prezidenti (2004–2010), "Sevmaş" maşınqayırma zavodunun direktoru (1988–2004), Rusiya qəhrəmanı (1995), Rusiya Federasiyası Dövlət mükafatının ikiqat laureatı (2000, 2006).

Davud Paşayev
Дави́д Гусе́йнович Паша́ев
Doğum tarixi 19 iyul 1940(1940-07-19)
Vəfat tarixi 6 aprel 2010(2010-04-06) (69 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Severodvinsk[d]
Vətəndaşlığı SSRİ
Rusiya
Milliyyəti azərbaycanlı
Təhsili Ural Politexnik İnstitutu
Fəaliyyəti akademik
Mükafatları Rusiya Federasiyasının Qəhrəmanı
"Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

Davud Paşayev 19 iyul 1940-cı ildə Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, Qazax qəzasının Daş Salahlı kəndindəndir, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu.

1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında "Şimal maşınqayırma müəssisəsi" istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur. 1988-ci ildə həmin istehsalat birliyinin — Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilmişdir.

1993–2004-cü illərdə "Sevmaş" və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunmuşdur.

Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.

2005–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdur.

6 aprel 2010-cu ildə Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Davud Paşayev haqqında məlumat. Davud Paşayev nədir? Davud Paşayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    21 fevral

  • Fevral 27, 2026

    Hordeum

  • Fevral 27, 2026

    Ukrayna SSR

  • Fevral 27, 2026

    Tristan-da-Kunya

  • Fevral 25, 2026

    CAR bayrağı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst