Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı.

Dassault Rafale

  • Ana Səhifə
  • Vikipediya
  • Dassault Rafale

Dassault Rafale (fr. Dassault Rafale, hərfən. qasırğa) — fransız Dassault Aviation şirkəti tərəfindən hazırlanan dördüncü nəsil çoxməqsədli qırıcı.

Rafale
Tipi Çoxməqsədli qırıcı
Hazırlayan Dassault Aviation
İstehsalçı Fransa Dassault Aviation
İlk uçuş 4 iyul 1986 (Rafale A)
19 may 1991 (Rafale C)
İstismara verilmə tarixi 18 may 2001
Status İstismarı davam edir
İstismarçılar Fransa Hərbi Hava Qüvvələri
Fransa Hərbi Dəniz Qüvvələri
Misir Hərbi Hava Qüvvələri
İstehsal ili 1986 - davam edir
Buraxılış sayı 160 (2017-ci ilin iyul ayı)
Hazırlanma dəyəri 62.7 milyard $
Vahidinin qiyməti Rafale B: 74 milyon avro
Rafale C: 68.8 milyon avro
Rafale M: 79 milyon avro
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk uçuşunu 4 iyul 1986-cı ildə keçirib. Fransanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinə müvafiq olaraq 2004-cü və 2006-ci illərdə qəbul olunub.

2009-cu ildə Fransanın müdafiə nazirliyi əlavə olaraq 60 qırıcı sifariş vermişdir. Dassault şirkətinin Rafale təyyarəsi Fransa aerokosmik sənayesinin inkişaf prioritetlərindən sayılır. Bu bütünlüklə - silahlanma, mühhərik, avionika və öz istehsalı baxımından fransız layihəsidir.

Hal-hazırda Rafale, amerikan və hər hansı başqa xarici yardım olmadan Avropa ölkəsi tərəfindən yaradılan sonuncu təyyarə sayılır. İlk dəfə hərbi tətbiqi 2007-ci ilin martında NATO-nun Əfqanıstanda əməliyatı gedişində keçirilib. Eləcə də bu təyyarələr 2011-ci ilin martından etibarən NATO hərbi blokunun Liviyada Müəmmər Qəzzafiyə qarşı əməliyatlarında istifadə olunub. 7 dekabr 2011-ci ildə Fransanın Müdafiə naziri Jerar Longe bəyan etdi ki, (şirkət Fransa HHQ üçün 180 təyyarəlik sifarişi yerinə yetirəndən sonra) əgər qırıcıya xarici sifarişlər olmasa, Rafalın istehsalı dayandırılacaq.

Lakin, 2012-ci ilin yanvarında MRCA, Hindistan HHQ üçün 126 ədəd çoxməqsədli qırıcı sifariş tenderini udması, iri ixrac sifarişini təmin etdi və təyyarəni istehsaldan çıxarılmasından qurtardı.

2018-ci ilə qədər təyyarənin silah və avionika sisteminin yenilənəcəyi gözlənilir.

Mündəricat

İstifadəçiləri

  • Fransa Fransa
    • Fransa Hərbi Hava Qüvvələri: 91 ədəd
    • Fransa Hərbi Dəniz Qüvvələri: 44 ədəd
  • Misir Misir: 2017-ci ilin noyabr ayına olan məlumata əsasən 14 ədəd Rafale qırıcısı silahlanmaya daxildir. Daha 24 ədəd sifariş olunub.
  • Hindistan Hindistan: 36 ədəd
  • Qətər Qətər: 36 ədəd

Taktiki-texniki xüsusiyyətləri

Ümumi göstəriciləri

  • Ekipaj: 1-2 nəfər
  • Uzunluğu: 15.27 m
  • Hündürlüyü: 5.34 m
  • Qanadının sahəsi: 45.7 m²
  • Boş çəki: 10,300 kq (Rafale B variantı)
  • Yüklü çəki: 15,000 kq
  • Maksimal qalxma ağırlığı: 24,500 kq
  • Yanacaq tutumu: 4,700 kq (tək oturacaqlı variant üçün); 4,400 kq (iki oturacaqlı variant üçün)
  • Güc təminatçısı: 2 × Snecma M88-2 turbo-reaktiv mühərrik

Uçuş keyfiyyətləri

  • Maksimum sürət:
    • Maksimum hündürlükdə: Mach 1.8 (1,912 km/s)
    • Aşağı hündürlükdə: Mach 1.1 (1,390 km/s)
  • Uçuş məsafəsi: 3,700 km
  • Döyüş radiusu: 1,852+ km
  • Uçuş tavanı: 15,235 m
  • Yüksəkliyə qalxma sürəti: 304.8 m/s
  • Qanad yüklənməsi: 328 kq/m²
  • Çəkmə gücünün çəkiyə nisbəti: 0.988
  • Maksimum g yüklənmə: +9/-3.6 g

Həmçinin bax

  • Çoxməqsədli qırıcı
  • Qırıcı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dassault Rafale haqqında məlumat. Dassault Rafale nədir? Dassault Rafale nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Çao

  • Fevral 24, 2026

    Boloniya Universiteti

  • Fevral 23, 2026

    MRNT

  • Fevral 27, 2026

    Tekila

  • Fevral 27, 2026

    Qaranquşlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst