Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Darbaz (gürc. დარბაზი) — Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd.

Darbaz (Borçalı)

  • Ana Səhifə
  • Vikipediya
  • Darbaz (Borçalı)

Darbaz (gürc. დარბაზი) — Darbazi, azərbaycanca: Darvaz və ya Darbaz) — Gürcüstanın Bolnisi rayonunda kənd.

Darbaz
41°24′51″ şm. e. 44°19′35″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon Bolnisi rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 820 m
Əhalisi
Əhalisi 3743 (2002) nəfər
Darbaz xəritədə

Mündəricat

Etimologiyası

Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür. Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.

Tarixi

Darvaz sözünün fars mənşəli "darvāze" — darvaza sözündən yarandığı ehtimal edilir. Orta əsrlərdə bu söz gürcü dilinin leksikonuna da daxil olmuşdur. Hazırda linqvistik olaraq daha çox "zal" və "dəhliz" anlamına gələn Darbaz həm də məşhur gürcü xalq memarlığı növüdür. Kaxeti və Samsxe-Cavaxeti vilayətlərində və Borçalının digər bölgələrində də analoji memarlıq nümunələrinə rast gəlmək mümkündür.

Bolnisi rayonu ərazisində Darbaz adlı başqa bir kənd yaşayış məntəqəsi (rəsmi sənədlərdə Kiçik Darbaz kimi qeyd edilir və Faxralı kəndindən 7–8 km. cənubda yerləşir) də mövcuddur. 1536-cı ilə aid olan arxiv sənədlərində Darbasçala, Darbazqala, Darboğaz və s. kənd adlarına rast gəlinir və bu kəndlərin qədim adları olduğu ehtimal edilir.

Mədəniyyəti

Darvaz kəndində ilk dünyəvi məktəbin əsası 1919-cu ildə Gürcüstanda milli hakimiyyətin iqtidarda olduğu zaman qoyulmuşdur. Kənddən yüksək emiqrasiya şagirdlərin sayının kəskin azalması ilə müşayiət olunur. Belə ki, 1988-ci ildə məktəbdə 1278 nəfər şagird təhsil aldığı halda, 2005-ci ildə onların sayı 5 dəfəyə yaxın azalaraq 267 nəfərə düşmüşdür.

Coğrafiyası və iqlimi

Darvaz kəndi Gədi (Keda) çayının sol sahilində, rayon mərkəzindən 23 km qərbdə, dəniz səviyyəsindən 900m hündürlükdə yerləşir. Qonşu kəndləri Kipircik və Dəmirlidir.

Əhalisi

2002-ci il siyahıyaalmanın nəticələrinə əsasən kəndin əhalisi 3743 nəfər(847 ailə) təşkil etmişdir ki, onlardan da 50,6%-i kişilər, 49,4%-i qadınlardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardan ibarətdir.

Doğum səviyyəsinin yüksək olması ilə əlaqədar olaraq ötən əsrdə kəndin əhalisi sürətlə artmışdır. Belə ki, Çar Rusiyasının 1870-ci ildə həyata keçirdiyi ilk siyahıyaalma zamanı kənddə 72 ailədə 438 nəfər sakin yaşadığı halda 1926-cı ildə 208 ailədə 1144 nəfərə çatmışdır. Sosial vəziyyətin çətinliyi və yüksək işsizliklə əlaqədar kənd yüksək əmək emiqrasiyası ilə xarakterizə olunur. 2006-cı ilin hesablamalarına görə kənddə 3600 nəfər(837ailə) yaşayır.

Tanınmış şəxsləri

  • Mehralı bəy — Osmanlı İmperiyasında paşa
  • Bilal Molla Əlləz oğlu Aşirov — NQBD zabiti
  • Nadir Rüstəm oğlu Əhmədov — Böyük Vətən müharibəsi Qəhrəmanı, "Qırmızı Ulduz" və s. orden və medalların kavaleri, tanınmış dövlət qulluqçusu və el ağsaqqalı
  • Mədəd Çobanov — akademik, filologiya elmləri doktoru, professor, Nyu-York Elmlər Akademiyasının və Türk Dili Kurumunun üzvü, Prezident təqaüdçüsü.
  • Məmməd Xası oğlu Əliyev — Tibb Elmlər Doktoru, Professor
  • Fərman Gülməmmədov — professor
  • Məhəmmədəli Məmmədov — professor
  • Murtuz Məmmədov — professor
  • Valeh Hacılar — professor
  • Sergey Əhmədov — fəlsəfə elmləri doktoru
  • Məhər Aşirov — biologiya elmləri namizədi
  • Müşfiq Borçalı — Müşfiq Mədəd oğlu Çobanov — alim, filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü.
  • Aşırova Natəvan Məhər qızı ‐ Darvazın ilk qadın alimi, tibb üzrə fəlsəfə doktoru (2001-ci ildən), ATU cərrahi xəstəliklər kafedrasının dosenti
  • Hüsniyyə Çobanova — Darvazın ilk qadın alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent
  • Faiq Namazov — alim, fizika–riyaziyyat elmləri namizədi.

Yazıçıları

  • Musa Nəbioğlu — yazıçı-publisist
  • Müşfiq Borçalı — alim-naşir-yazıçı-jurnalist, universitet müəllimi, filogiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü, AYB-nin, AJB-nin və Turan Yazarlar Birliyinin üzvü, "Abdulla Şaiq", "Nəriman Nərimanov", "Zirvə", "Zəfər", "Qızıl qələm" və s. mükafatlar laureatı, "Ziya" qəzetinin və "ZiM. Az" saytının baş redaktoru.

İqtisadiyyatı

Şəkilləri

Həmçinin bax

  • Darboğaz

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, darbaz (borçalı) sözünün mənası, darbaz (borçalı) haqqında məlumat. darbaz (borçalı) nədir? darbaz (borçalı) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şuştər

  • Fevral 27, 2026

    Qacar

  • Fevral 27, 2026

    On bir

  • Mart 06, 2026

    Renealmia

  • Fevral 24, 2026

    Cersi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst