Danil Piri oğlu Quliyev (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı.
| Danil Quliyev | |
|---|---|
| |
| 12 mart 1971 – 30 yanvar 1976 | |
| Birinci katib | Heydər Əliyev |
| Əvvəlki | Cəfər Cəfərov |
| Sonrakı | Ramiz Məmmədzadə |
| 24 avqust 1970 – 1971 | |
| Əvvəlki | Züleyxa Hüseynova |
| Sonrakı | Qurban Əliyev |
| 1961 – 1970 | |
| Sonrakı | Tofiq Köçərli |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 17 sentyabr 1923 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2001 (77–78 yaşında) |
| Vəfat yeri | |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi, siyasətçi, müəllif |
| Atası | Piri Quliyev |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
| Təltifləri | |
Həyatı
Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub.
1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.
1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub.
O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, danil quliyev sözünün mənası, danil quliyev haqqında məlumat. danil quliyev nədir? danil quliyev nə deməkdir?
