Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan il

Dəyirmi qurdlar

  • Ana Səhifə
  • Vikipediya
  • Dəyirmi qurdlar

Nemathelminthes (lat. Nemathelminthes) — heyvanlar aləminə aid heyvan tipi. İlk bədənboşluqlu qurdlar da deyilir. Onların daxili orqanları protoselom adlanan ilk boşluqda yerləşmişdir. Bu boşluğun səciyyəvi xüsusiyyəti odur ki, onda xüsusi divar yoxdur. Azərbaycanda dəyirmi qurdlardan 843 növ nematod tapılıb.

Dəyirmi qurdlar
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Dəyirmi qurdlar
Beynəlxalq elmi adı
  • Nemathelminthes
Vikianbarın loqotipi
Vikianbarda şəkil
axtarışı

Mündəricat

Quruluşu və fiziologiyası

Dəyirmi qurdların bədəni silindrik uzunsov, buğumsuz və kirpiksiz olur. Bu orqanizmlərin 80.000-ə qədər növü var. Onlar demək olar ki, bütün ekoloji mühitlərə uyğunlaşmışdır. Bədənin uzunluğu 0.01 mm-dən (bəzi fırlanğıclar) 8.5 m-ə qədər (kaşalotun ciftində parazitlik edən ''Placentonema gigantissima'') dəyişir. Kutikulanın üzəri həm hamar, həm də az və ya çox dərəcədə çıxıntıya malik olur. Kutikulanın altında hipodema adlanan epiteli toxumaları yerləşmişdir. Əzələlər uzununa əzələlərdən ibarətdir və bütöv qat əmələ gətirmir. Eninə əzələlər ixtisar olunmuşdur və ona görə də həqiqi dəri-əzələ kisəsi inkişaf etməmişdir. Bədənin ön hissəsində ağız dəliyi, arxa tərəfində isə anus dəliyi yerləşmişdir. Dəyirmi qurdlar üçün səciyyəvi xüsusiyyətlərdən biri də onlarda həzm sisteminin üç hissəyə — ön, orta və arxa bağırsağın ayrılması və anusla nəhayətlənməsidir. İfrazat sistemi müxtəlif formada olur. Bəzi nümayəndələrdə isə olmur. Tənəffüs prosesi sərbəst yaşaya formalarda bütün bədən səthi vasitəsilə, parazit formalarda isə anaerob olur. Qan-damar sistemi yoxdur. Sinir sistemi nisbətən yaxşı inkişaf etmişdir. Bel və qarın sinirləri daha yaxşı inkişaf etmişdir. Hiss orqanlarının inkişafı isə zəifdir. Dəyirmi qurdların əksəriyyəti ayrıcinslidir. Erkək və dişi fərdlərdə cinsi dimorfizm müşahidə edilir.

Patogen əhəmiyyəti

Bəzi növlər bitki, heyvan və insanlarda təhlükəli parazitlik edir. Dəyirmi qurdlar arasında həm sərbəstyaşayan, həm də parazitlik edən formalar mövcuddur. Bəzi nematodlar biometodda istifadə edilir (Steinernema carpocapsae). Bəziləri sestodlarda parazitlik (hiperparazitizm) edir.

Təsnifatı

Dəyirmi qurdları bir neçə sinfə ayırırlar:

  1. Nematodlar (lat. Nematodes)
  2. Qarnıkirpiklilər (lat. Gastotricha)
  3. Rotatorilər (lat. Rotatoria)
  4. Qılqurdkimilar (lat. Nematomorpha)
  5. Kinorinxlər (lat. Kinorhyncha)

Ən geniş yayılmış nümayəndələrindən biri askaridlərdir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, dəyirmi qurdlar sözünün mənası, dəyirmi qurdlar haqqında məlumat. dəyirmi qurdlar nədir? dəyirmi qurdlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İp Man

  • Fevral 27, 2026

    Kalaxari

  • Fevral 27, 2026

    Tibet

  • Fevral 27, 2026

    VideoKids

  • Fevral 27, 2026

    Gecə gözətçisi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst