Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Düztahir (ləzgi.ТIихьирар— «Tihirar») — Azərbaycan Respublikasının Qusar rayonunun Düztahir kənd inzibati ərazi dairəsində kənd.

Düztahir

  • Ana Səhifə
  • Vikipediya
  • Düztahir

Düztahir (ləzgi.ТIихьирар— «Tihirar») — Azərbaycan Respublikasının Qusar rayonunun Düztahir kənd inzibati ərazi dairəsində kənd.

Düztahir
41°24′22″ şm. e. 48°09′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qusar rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.257 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1635 nəfər
Milli tərkibi ləzgilər
Dini tərkibi Sünni - Müsəlmanlar (Şafii məzhəbi)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3814
Xəritəni göstər/gizlə
Düztahir xəritədə
Düztahir
Düztahir

Mündəricat

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Düztahir kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər. Həmin dövrdə İmam Abduljabar Tihirvi Düztahir kəndindən müsəlman ləzgi döyüşçü dəstəsi toplayaraq onlara dəstək vermişdir.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə Sovet hakimiyyətinin ləzgi xalqına qarşı apardığı fəaliyyətlər əsasən gizli saxlanılıb. Bəzi tarixçilərin fikrincə, həmin illərdə Sovet hakimiyyəti tərəfindən 20 minə yaxın ləzgi repressiyaya məruz qalıb, amma bu rəqəm daha da böyük ola bilər.

1918-ci ilin yaz aylarında bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Bu hadisələr M. Məlikməmmədovun Azərbaycan dilində nəşr olunmuş “Qanlı dərə” kitabında ətraflı şəkildə təsvir olunub.

Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular.

Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır. Həmin illərdə Düztahir kəndində İmam İdris Çubananxo Tihirvi onların köməyinə 100 nəfər müsəlman ləzgi döyüşçü yığır.

Bəzi sənədlərdə bu döyüşçülər barədə ziddiyyətli məlumatlar var. Məsələn, bir sənəddə qeyd olunur ki, guya 1922-ci ilin mart ayının əvvəllərində İdris Çubananxo Tihirvi və onun dəstəsindəki ləzgilərin bir qismi əsir götürülmüşdür. Əgər bu belədirsə, bəs həmin ilin 20 martında bolşeviklərin kənddə saxladıqları bir dəstənin necə məhv edildiyi sual altındadır. Eyni mənbədə bildirilir ki, İdris Çubananxo Tihirvi 1918-ci ilin mayında Digahda ermənilər və bolşeviklərlə baş vermiş döyüşdə öz kəndindən ibarət 100 nəfərlik dəstəyə rəhbərlik etmişdi.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1635 nəfər 409 ailə və 21 sixil (klan) yaşayır.

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

  • Atsiyar
  • Belxadaşar
  • But’ar
  • Çuxar
  • Çuvalar
  • Feq’iyar
  • H’ajar
  • Ibilar (Tihirjalar)
  • Kaşuyar
  • Karkaçiyar
  • Q’ene’atar
  • Q’ep’irar
  • Madağar
  • Mutar
  • Merzar
  • Mişiyar
  • Partiyar
  • Şit’iyar
  • Tü’q’ülar (Pernarzar, Javarar)
  • E’zdenar
  • Yaxular

Ziyarətgahlar

Kəndin imamların (övliya) ziyarətgahları:

  • Çafan ziyarat
  • Çuran ziyarat
  • Şayx İdrisan ziyarat
  • Şayx Abduljabaran ziyarat
  • Şayx Humpatan ziyarat
  • Quntallay ziyarat

Səhiyyə

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində Düztahir kəndində tibb məntəqəsi istifadəyə verilib.

Tanınmış sakinləri

  • Tehran Mənsimov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki.
  • Azər Badamov — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI, VII, çağırış deputatı.

Həmçinin bax

  • Qusar rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Düztahir haqqında məlumat. Düztahir nədir? Düztahir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Donetsk (Ukrayna)

  • Fevral 27, 2026

    Cahangir Qəhrəmanov

  • Fevral 23, 2026

    Sankt-Peterburq

  • Fevral 27, 2026

    Aral gölü

  • Fevral 27, 2026

    Histos

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst