Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sərvətsəza Qadınəfəndi (d. 1824 - ö. 24 sentyabr 1878) — 31. Osmanlı sultanı Əbdülməcidin ilk xanımı.

Sərvətsəza Qadınəfəndi

  • Ana Səhifə
  • Vikipediya
  • Sərvətsəza Qadınəfəndi

Sərvətsəza Qadınəfəndi (d. 1824 - ö. 24 sentyabr 1878) — 31. Osmanlı sultanı Əbdülməcidin ilk xanımı.

Sərvətsəza Qadınəfəndi
سيرفيت سيزا رئيسة المرأة
Şəxsi məlumatlar
Doğum tarixi 1824
Doğum yeri Maykop, Rusiya imperiyası
Vəfat tarixi 24 sentyabr 1878 (53–54 yaşında)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Dəfn yeri
  • Yavuz Səlim Məscidi
Həyat yoldaşı I Əbdülməcid

Həyatı

Sərvətsəza xanım 1824-cü ildə Rusiyanın Maykop şəhərində doğulmuşdur. Ailəsi kabardey əsillidir. Özündən başqa Andok bəy (ö. 1886) və Süleyman bəy (ö. 1896) adlı 2 qardaşı və Fatma xanım adlı bacısı vardı. 1838-ci ildə Sərvətsəza xanım doğulduğu şəhəri tərk etdi və İstanbula gəldi. Sultan I Əbdülhəmidin qızı Əsma Sultanın nədiməsi olaraq Osmanlı sarayına daxil olur. Sultan I Əbdülhəmidin vəfatından sonra qardaşı oğlu Əbdülməcid Əfəndi taxta çıxmış, Əsma Sultan da cülus hədiyyəsi olaraq Sərvətsəzanı yeni sultana hədiyyə etmişdir.

1839-cu ildə Sultan Əbdülməcidlə evlənən Sərvətsəza xanım Osmanlı sarayının baş qadınəfəndisi oldu. Nigahın ardından ailəsini də İstanbula gətirdən Sərvətsəza xanım bacısı Fatma xanımı da saraya alaraq hərəm xəzinədarı təyin etmişdi. Ancaq övladı olmurdu. Sultan Əbdülməcidin digər xanımı Gülcamal Qadınəfəndinin vəfatının ardından onun övladlarını - Fatma Sultan, Rəfiyə Sultan və Mehmed Rəşad Əfəndini himayəsinə aldı. 1853-cü ildə Validə Bəzmialəm Sultanın vəfatının ardından hərəmin idarəsini ələ aldı.

Sultan Əbdülməcidin 1861-ci ildə vəfat etməsinin ardından Beyoğlu sarayına köçürülən Sərvətsəza xanım ögey oğlu Murad Əfəndiyə çox bağlıydı və taxta çıxmasını istəyirdi. Ancaq baş verən siyasi hadisələrin ardından Sultan Əbdülhəmid taxta çıxmışdı. Rəvayətə görə, Ramazan ayında bir gecə Sultan Əbdülhəmidi ziyarət edən Sərvətsəza xanım taxtı oğulluğu Murad Əfəndiyə geri qaytarmasını istəmiş, bundan qəzəblənən Sultan Əbdülhəmid Sərvətsəza xanımı Beyoğlundakı sarayında zəhərləyərək öldürmüşdür. 25 sentyabr 1878-ci ildə vəfat edən Sərvətsəza xanım Sultan Səlim məscidində dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sərvətsəza Qadınəfəndi haqqında məlumat. Sərvətsəza Qadınəfəndi nədir? Sərvətsəza Qadınəfəndi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Real Sociedad

  • Fevral 27, 2026

    Jan-Batist Lülli

  • Fevral 24, 2026

    Bazel

  • Fevral 27, 2026

    Kabel

  • Fevral 27, 2026

    Abaxay xan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst