Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artist

Cənnət Səlimova

  • Ana Səhifə
  • Vikipediya
  • Cənnət Səlimova

Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı.

Cənnət Səlimova
Cənnət Əlibəyovna Səlimova
Digər adı Canetta Səlimova
Doğum tarixi 20 yanvar 1940(1940-01-20) (86 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Qəzənfər Topçuyev
Atası Əlibəy Səlimov
Anası Anna Moiseyevna Korenman
Fəaliyyəti dramaturq, teatr rejissoru
Fəaliyyət illəri 1967-ci ildən
Təhsili Bakı Dövlət Universiteti
Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutu
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 19981998 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1978
"Şərəf" ordeni — 20202020 "Şöhrət" ordeni — 20002000"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Şərəf nişanı" ordeni

Mündəricat

Həyatı

20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir.

Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978
  • "Şərəf nişanı" ordeni
  • "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998
  • "Şöhrət" ordeni — 17 yanvar 2000
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003
  • "Şərəf" ordeni — 17 yanvar 2020
  • "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Quruluş verdiyi əsas tamaşalar

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı:

  • "Aydın" — (C.Cabbarlı)
  • "Şeyx Sənan" — (H.Cavid)
  • "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009)
  • "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə)
  • "Cəsur qurbağa balası" — (L.Ustinov)
  • "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi)
  • "Ezop" — (G.Fiqeyredo)
  • "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə)
  • "Mənim ağ göyərçinim" — (T.Vəliyeva)
  • "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı)
  • "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli)
  • "Romeo və Cülyetta" — (U.Şekspir)
  • "Buzovna kəndinin əhvalatları" — (Elçin)
  • "Don Rafaello Tranbomçu" — (F.Peppino)
  • "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə)
  • "Əlincə qalası" — (Dilsuz)
  • "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo)
  • "III Riçard" — (U.Şekspir)
  • "Mehmanxana sahibəsi" — (K.Qaldoni)
  • "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı:

  • "Fərhad və Şirin" — (S.Vurğun)

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı:

  • "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli)
  • "Sevil" — (F.Əmirov)
  • "Traviata" — (C.Verdi)
  • "Məsxərəçilər" — (C.Leonkovallo)
  • "Bohema" — (C.Puççini)

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı:

  • "Silva" — (İ.Kalman)
  • "Bayadera" — (İ.Kalman)
  • "Maritsa" — (İ.Kalman)
  • "İddialı qaraçı" — (İ.Kalman)
  • "Şən dul qadın" — (F.Leqar)
  • "O olmasın, bu olsun" (Ü.Hacıbəyov)
  • "Baladadaşın toy hamamı" — (Elçin)
  • "Balaca şahzadə" — (A.S.Ekzüperi)
  • "Utancaq qız" — (F.Dostoyevski)

Azərbaycan Dövlət Rus Dram Teatrı:

  • "Vanya dayı" — (A.P.Çexov)
  • "İdiot" — (F.M.Dostoyevski)
  • "Kuraj ana və onun uşaqları" — (B.Brext)
  • "İvanov" — (A.P.Çexov)
  • "Mehmanxana sahibəsi" — (K.Qaldoni)
  • "Beluginin evlənməsi" — (A.Ostrovski)

Bakı Kamera Teatrı:

  • "Qodo həsrətində" — (S.Bekket)
  • "Ezop" — (G.Fiqeyredo)
  • "İtlər" — O.Kazımi, İ.Fəhmi)
  • "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov)

Filmoqrafiya

  • Zəlimxan dastanı (film, 2007)
  • Dünən qəfildən gəldi (film, 2009)
  • Allahın Lütfü (film, 2019)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cənnət Səlimova haqqında məlumat. Cənnət Səlimova nədir? Cənnət Səlimova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Dodaqdəyməz

  • Fevral 23, 2026

    Lətifə Uşşaqi

  • Fevral 27, 2026

    Ayzek Azimov

  • Fevral 11, 2026

    I Pyotr

  • Fevral 27, 2026

    Müdafiə sənayesi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst