Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7 may 1926 – 10 iyul 1969) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR Əməkdar rəssamı (1964).
| Cəbrayıl Əzimov | |
|---|---|
| Cəbrayıl Əlimuxtar oğlu Əzimov | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vəfat tarixi | |
| Milliyyəti | azərbaycanlı |
| Vətəndaşlığı | |
| Fəaliyyəti | rəssam |
| Mükafatları | |
Həyatı
Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), ÜDKİ-nun Rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Qızmar günəş altında filminin çəkilişləri zamanı tanış olduğu Töhfə Əzimova ilə 1958-ci ildə ailə həyatı qurub. 10 iyul 1969-cu ildə vəfat edib. Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub.
Mükafatları
- Azərbaycan SSR Əməkdar rəssamı fəxri adı — 29 iyun 1964
Filmoqrafiya
- Bəxtiyar (film, 1955)
- Bir ömrün çalarları. Cəbrayıl Əzimov (film, 2016)
- Cazibə qüvvəsi (film, 1964)
- Doğma xalqıma (film, 1954)
- Əmək və qızılgül (film, 1962)
- Görüş (film, 1955)
- Hanı mənim övladlarım? (film, 1967)
- İnsan məskən salır (film, 1967)
- Qanun naminə (film, 1968)
- Qaraca qız (film, 1966)
- Qəribə əhvalat (film, 1960)
- Qızmar günəş altında (film, 1957)
- Leyli və Məcnun (film, 1961)
- Mollanın sərgüzəşti (film, 1960)
- O olmasın, bu olsun (film, 1956)
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Romeo mənim qonşumdur (film, 1963)
- Sehrli xalat (film, 1964)
- Şur (film, 1967)
- Uzaq sahillərdə (film, 1958)
- Zəncirlənmiş adam (film, 1964)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəbrayıl Əzimov haqqında məlumat. Cəbrayıl Əzimov nədir? Cəbrayıl Əzimov nə deməkdir?
