Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnterne

Coğrafi bloklama

  • Ana Səhifə
  • Vikipediya
  • Coğrafi bloklama

Coğrafi bloklama — istifadəçinin coğrafi mövqeyinə əsasən internet məzmununa çıxışı məhdudlaşdıran texnologiya. Geo-bloklama sxemində istifadəçinin yeri İnternet geolokasiya üsullarından istifadə etməklə müəyyən edilir, məsələn istifadəçinin IP ünvanını qara siyahı və ya ağ siyahı ilə yoxlamaq və istifadəçinin fiziki yerini təxmin etmək üçün şəbəkə bağlantısının ucdan-uca gecikməsini ölçmək. Bu yoxlamanın nəticəsi sistemin veb-sayta və ya konkret məzmuna girişi təsdiq edib-etmədiyini müəyyən etmək üçün istifadə olunur. Geolokasiya digər aspektlərlə yanaşı, təqdim olunan məzmunu, məsələn, malların göstərildiyi valyutanı, mövcud malların qiymətini və ya çeşidini dəyişdirmək üçün də istifadə edilə bilər.

Digər ölkələrdən giriş bloklanmış Filippinin Daxili İşlər və Yerli İdarəetmə Departamentinin veb-saytı

Termin ən çox internetdə filmlər və televiziya şouları kimi premium multimedia məzmununa girişi məhdudlaşdırmaq üçün, ilk növbədə müəllif hüquqları və lisenziyalaşdırma səbəbləri ilə əlaqələndirilir. Coğrafi blok üçün zərərli trafiki bloklamaq və ya qiymət diskriminasiyasını tətbiq etmək, məkan autentifikasiyası, fırıldaqçılığın qarşısını almaq və onlayn qumar oyunları (qumar qanunları regiona görə dəyişir) kimi digər səbəblər də mövcuddur.

Mündəricat

Əsaslandırma

Audiovizual əsərlərə eksklüziv ərazi hüquqlarının mülkiyyəti regionlar arasında fərqlənə bilər, Bu məzmun provayderlərindən təyin olunmuş regiondan kənarda istifadəçilərə girişə icazə verməməyi tələb edir. Məsələn, HBO Now onlayn xidmət olsa da yalnız ABŞ-də yaşayanlar üçün əlçatandır və digər ölkələrdə fəaliyyət göstərə bilməz, çünki onun ana şəbəkəsi HBO artıq müxtəlif yayımçılara (məsələn, Kanadada HBO kataloq lisenziyasını Bell Mediaya vermişdi) proqramlaşdırma üçün eksklüziv hüquqlar vermişdi. Bənzər səbəblərə görə, Netflix kimi abunə olunan seç-izlə xidmətlərində mövcud olan məzmun kitabxanası da bölgələr arasında dəyişə bilər və ya xidmət istifadəçinin ölkəsində ümumiyyətlə mövcud olmaya bilər.

Coğrafi bloklama digər məqsədlər üçün də istifadə edilə bilər. Onlayn mağazalar tərəfindən qiymət diskriminasiyası coğrafi bloklama yolu ilə tətbiq oluna bilər, hansı ki istifadəçiləri saytın xarici versiyasından onlayn məhsul almağa yönləndirir və burada qiymətlər yerli versiyadan lazımsız dərəcədə yüksək ola bilir. "Avstraliya Vergisi" buna misal olaraq göstərilmişdir və bu, hökumətin ölkədə coğrafi bloklamanın bu şəkildə necə istifadə oluna biləcəyini məhdudlaşdırmaq üçün təzyiqinə səbəb olmuşdur.

Qeyd edilən digər istifadə üsullarına veb-sayta aidiyyəti olmayan ölkələrdən girişin bloklanması (xüsusilə həmin ölkədən gələn trafikin əksəriyyəti zərərli olarsa) və yerli qanunlara əsasən qeyri-qanuni məzmuna və ya xidmətlərə könüllü olaraq girişin bloklanması daxildir. Buna onlayn qumar və Məlumatların mühafizəsi haqqında Ümumi Reqlamentə (GDPR) əsasən məsuliyyətlə bağlı narahatlıqlar səbəbindən Avropa İqtisadi Bölgəsində istifadəçilərə girişi bloklayan müxtəlif beynəlxalq veb-saytlar daxil ola bilər.

Həmçinin bax

  • İnternet senzurası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, coğrafi bloklama sözünün mənası, coğrafi bloklama haqqında məlumat. coğrafi bloklama nədir? coğrafi bloklama nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Kxon şəlaləsi

  • Fevral 27, 2026

    Nizami (opera)

  • Fevral 27, 2026

    Avdala

  • Fevral 27, 2026

    Kredit

  • Fevral 27, 2026

    Ayrılıq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst