Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəla

Kxon şəlaləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Kxon şəlaləsi

Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəlalə kaskad tiplidir və astanalardan ibarətdir.

Kxon
laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ
Ümumi məlumatlar
Hündürlüyü ≈21 m
Eni 10 000 m
Su sərfi 11.000 m³/san
Çay Mekonq çayı
Yerləşməsi
13°59′53″ şm. e. 105°56′26″ ş. u.HGYO
Ölkə  Laos
Region
  • Tyampasak
Kxon xəritədə
Kxon
Kxon
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Şəlalə Kamboca sərhəddindən 3,5 km şimalda yerləşir. Əslində Kxon böyük astanadır. Şəlalənin rəsmi adı Khonephapheng Waterfaldır. Dünyada daha çox Kxon kimi tanınır. Bəzən Kon terminidə işlədilir. Ehtimal olunur ki, şəlaləni 1920-ci ildə E. Kxoxan adlı səyyah aşkar etmiş. Onun şərəfinə şəlalə belə adlandırılmış. Hündürlüyü 21 metrdir. Eni 9,7 km, adalarla birlikədə 10,7 km-dir. Bu göstəriciyə görə Kxon dünyanın ən enli şəlaləsi hesab olunur. Məhs Koxn şəlaləsinə görə Mekonq çayı gəmiçiliyə yararsızdır. Şəlalə olduğu bölgədə Mekonq genişlənmiş və minlərcə kiçik ada meydana gəlmişdir. Ərazi Si Phan Don ("4000 ada") adlanır. Əslində adaların rəsmi sayı 3700-dir. Mövsümlə bu say dəyişir. Çayda su axımı orta hesabla 11 600 м³, maksimal göstərici 49 000 m³-dir. Bu göstəricilərə görə Kxon şəlaləsi dünyanın beşinci ən gur sulu şəlaləsi hesab olunur. Şəlalədə iki əsas kaskad var: Khong Phapheng (Mekonqun şərq sahilində), hündürlüyü 18 metr və Tad Somphamit (Mekonqun qərb sahili).

XIX əsrin sonlarında fransız kolonizasiya zabitləri Frensis Qarne və Ernesta Dudarta de Laqri dəfələrlə Vyetnamla Çin arasında tıcarət yolu axtarışına çıxmış və uğursuzluğa düçar olmuşlar. Şəlalə bölgəsi gəmiçiliyə yararsız olduğundan sonda Don-Dete və Don-Xon adaları arasında dəmryolu çəkilmişdir.

Nəqliyyat

Laosun paytaxtı Vyentyandan şəlaləyə qədər olan birbaşa məsafə 600 km (əyər magistiral yolla hesablansa 820 km). Ən yaxın aeroporta qədər məsafə də təxminən o qədərdir. Ümumiyyətlə Kxon şəlaləsinə getmək turistlər üçün çox asandır. Ətrafı müşahidə etmək çox əlverişlidir. Şəlaləyə həmçinin qayıqla da getmək mümkündür. Yaxınlıqdaki Ban Nakasanq kəndindən müntəzəm avomobillər və qayıqlar fəaliyyət göstərir. Paske şəhərindən Nakasanq kəndinə gün ərzində dörd avtobus marşurutu var : 7:00, 8:30, 10:00, 11:30.

Heyvanat aləmi

Bölgədə endemik Hemimyzon khonensis (Balitorlar) balıqları yaşayır. Bundan başqa şəlalə ətrafında dünyada çay Naqqa balığının plabuck adlı ən böyük nümayəndələri mövcuddur. Bəzən uzunluğu 3 metrə çatır, çəkisi isə 293 kq olur. Ərazi ölkənin qorunan ərazilərindən biridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kxon şəlaləsi haqqında məlumat. Kxon şəlaləsi nədir? Kxon şəlaləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Karl Renner

  • Fevral 27, 2026

    Andrey Fedçuk

  • Fevral 24, 2026

    Gökhan Kəsər

  • Fevral 27, 2026

    Alchornea

  • Fevral 27, 2026

    Fabids

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst