Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Colitti Covanni (it. Giovanni Giolitti; 27 oktyabr 1842[…] – 17 iyul 1928[…]) — İtaliya dövlət və siyasi xadimi.

Covanni Colitti

  • Ana Səhifə
  • Vikipediya
  • Covanni Colitti

Colitti Covanni (it. Giovanni Giolitti; 27 oktyabr 1842[…] – 17 iyul 1928[…]) — İtaliya dövlət və siyasi xadimi.

Colitti Covanni
ing. Giovanni Giolitti
Colitti Covanni
Colitti Covanni
Doğum tarixi 27 oktyabr 1842
Doğum yeri Mondovi
Vəfat tarixi 17 iyul 1928 (85 yaşında)
Vəfat yeri Kavur
Milliyyəti italyan
İxtisası Hüquqşünas
Təhsili Turin Universiteti
Fəaliyyəti dövlət və siyasi xadim
Elmi dərəcəsi
  • laureat[d]
Mükafatları "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni Knight of the Order of St. Alexander Nevsky Macarıstanın "Müqəddəs Stefan" kral ordeni Knight Grand Cross of the Order of Saints Maurice and Lazarus "Serafimlər" ordeni "Ən müqəddəs müjdə" ali ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Turin Universitetində hüquq təhsili (1860) almışdır. 1862-ci ildən Ədliyyə nazirliyində, sonra Maliyyə nazirliyində məmur olmuşdur. 1873-cü ildən baş maliyyə müfəttişi, 1877-ci ildən xəzinədarlıq katibi idi. 1882-ci ildə Liberal partiyasından parlamentə deputat seçilmiş, dövlət müşaviri təyin edilmişdi. Dəfələrlə nazirlər kabinetlərinin tərkibinə daxil olmuş (1889–90-cı illərdə maliyyə naziri, 1901–03-cü illərdə daxili işlər naziri), baş nazir vəzifəsini tutmuşdur (1892, may – 1893, noyabr; 1903, noyabr – 1905, mart; 1906, may – 1909, dekabr; 1911, mart – 1914, mart; 1920, iyun – 1921, iyun). Covanni İtaliyanın dövlət siyasətinə böyük təsir göstərmişdir. İtaliya tarixinin 1880-cı il lərin sonundan 1920-ci illərin əvvəllərinə qədər olan dövrü İtaliya liberalizminin "qızıl əsri" hesab olunur və Covanni dövrü (eta giolittiana) adlandırılır. Covanninin baş nazir olduğu dövrdə İtaliyada liberal islahatlar keçirildi: dövlət sığortası tətbiq edildi, fəhlələrin həmkarlar ittifaqları yaratmaq və tətil keçirtmək hüquqları tanındı, əhalinin seçki hüququ genişləndirildi (1912-ci il islahatı nəticəsində seçicilərin sayı 2903 min nəfərdən 8443 min nəfərə qədər artdı).

Fəaliyyəti

1915-ci il 30 mayda Qabriel Dannuzio "Giolitti Smo" əsərini ifa edərkən

Covanni əvvəlcə sosialistlərlə əməkdaşlığı  genişləndirməyə çalışırdı. 1903-cü ildə onların lideri F. Turatiyə hökumətə daxil olmağı təklif etdi. Lakin sonrakı illərdə Covanni öz mövqeyini dəyişdi və sosialistlərin parlamentə seçilməsinin qarşısını almaq məqsədilə 1913-cü ildə "Colitti–Centiloni pak tının" bağlanmasına təşəbbüs göstərdi (pakt Vatikanla İtaliya dövləti arasındakı münaqişənin aradan qaldırılmasına imkan yaratdı). Covanninin dövründə İtaliya Şimali və Şərqi Afrikada fəal müstəmləkə siyasəti həyata keçirir, Osmanlı imperiyasına qarşı müharibə aparırdı. 1914–151915 illərdə "bitərəflər" cəbhəsinə başçılıq edən Covanni İtaliyanın Birinci Dünya müharibəsində iştirakına qarşı çıxış edirdi. 1920-ci ildə tətil hərəkatının yüksəlişi şəraitində həmkarlar ittifaqları ilə sənayeçilər konfederasiyası arasında danışıqlar aparılması təşəbbüsü ilə çıxış etdi, bu da müəssisələrin fəhlələr tərəfindən tutulmasının qarşısını aldı. 1920–21-ci illərdə Covanni faşist partiyasından olan deputatların hökumətə daxil edilməsinə tərəfdar idi, 1924-cü ildə B. Mussoliniyə qarşı müxalifətə keçdi, 1928-ci ildə İtaliyada parlament rejiminin ləğv olunmasının əleyhinə çıxış etdi.  

Həmçinin bax

  • Vatikan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Covanni Colitti haqqında məlumat. Covanni Colitti nədir? Covanni Colitti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qriqol Abaşidze

  • Fevral 27, 2026

    Rodop dağları

  • Fevral 27, 2026

    Bluetooth

  • Fevral 27, 2026

    Lankaster hersoqu

  • Fevral 27, 2026

    Vaşinqton Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst