Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Con Braunun quldarlıqa qarşı mübarizəsi 1834-cü ildən başlayır. 1839-cu ildə Braun Nyu-York şəhərinə köçmüşdür. Burada digər bir Abolisionist Gerit Smit ilə tan

Con Braun

  • Ana Səhifə
  • Vikipediya
  • Con Braun

Con Braun (ing. John Brown; 9 may 1800[…] – 2 dekabr 1859[…]) — Amerikalı abolisionist.

Con Braun
ing. John Brown
Con Braunun 1856-cı ildə çəkilmiş şəkili.
Con Braunun 1856-cı ildə çəkilmiş şəkili.
Doğum tarixi 9 may 1800
Doğum yeri Torinqton, Konnektikut
Vəfat tarixi 2 dekabr 1859 (59 yaşında)
Vəfat yeri Carlstaun, Qərbi Virciniya
Vəfat səbəbi Edam
Milliyyəti Amerkalı
Fəaliyyəti Abolisionist
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fəaliyyəti

Con Braunun quldarlıqa qarşı mübarizəsi 1834-cü ildən başlayır. 1839-cu ildə Braun Nyu-York şəhərinə köçmüşdür. Burada digər bir Abolisionist Gerit Smit ilə tanış olur. Sonralar Braun Gerit Smit tərəfindən hədiyyə olunan ərazilərdə yaşamağa başlamışdır. Con Braunun məşhurlaşmasında 1845-ci ildə Kanzas ştatında baş vermiş hadisələrin rolu böyükdür. Həmin ildə Kanzas ştatında dövlətə məxsus istifadəsiz ərazilərin pulsuz olaraq yerli əhaliyə paylanaçağı xəbəri insanlarda çaşqınlıq yaratmışdır. Qara dərili insanların ağır şərtlərdə yaşadığı Kanzasa gələn Con Braun burada qiyamın təşkil edilməsinə rəhbərlik edir. Braun silahı mübarizəyə 1855-ci ildə başlamışdır. Oğlu və qızının ərindən ibarət olan dəstə quldarlığa qarşı mübarizə aparırdı. Con Braun və silahlı dəstəsinin həyata keçirdikləri ilk silahlı qarşıdurma 1856-cı ilin 24 və 25 may tarixlərində baş vermişdir.

Kanzas şəhərində beş nəfər quldarın eyni sayda abolisionisti öldürməsi xəbəri yayılmışdı. Dərhal hazırlığa başlayan Braun abolisionistlərin öldürülməsinə cavab olaraq beş quldarı öldürmüşdür. Con Braunun bütün ABŞ-də məşhur olması 1858-ci ildə Qərbi Virciniyada Herpes Ferri şəhərində etdiyi silahlı hücum olmuşdur. Şəhərə hücum planı hazırlanmışdı. Plana əsasən şəhərdə olan hərbi silahlar şəhərdən çıxarılmalı, daha sonra isə qullara paylanılaraq, cənubda böyük xalq hərəkatı başladılmalı idi. Ancaq şəhərdə Konfederasiya əsgərlərinin ciddi mübarizəsi ilə qarşılaşan Braunun dəstəsi şəhərdən çıxmalı olmuşdur. Herpes Ferridə şəhərində baş vermiş şiddətli qarşıdurma zamanı Braun 2 oğlunu və 10 nəfər silahdaşını itirmişdir. Sonrakı mübarizələr zamanı Braun Robert Linin əsgərləri tərəfindən sağ olaraq ələ keçirilmişdir. Con Braun 2 dekabr 1859-cu ildə Amerika Konfederativ Ştatlarına xəyanət ittihamı ilə edam edilmişdir.

Qalereya

  • Con Braunun Nyu-Yorkda yerləşən ferması
    Con Braunun Nyu-Yorkda yerləşən ferması
  • Con Braunun son anları adlı tablo. Tabloda Con Braunun edama aparılması təsvir edilmişdir.
    Con Braunun son anları adlı tablo. Tabloda Con Braunun edama aparılması təsvir edilmişdir.
  • Con Braun 1859-cu ildə
    Con Braun 1859-cu ildə

Həmçinin bax

  • Abolisionizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Con Braun haqqında məlumat. Con Braun nədir? Con Braun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Timişoara

  • Fevral 27, 2026

    Qətl

  • Fevral 27, 2026

    İranşünaslıq

  • Fevral 27, 2026

    Nuzi

  • Fevral 27, 2026

    I Farnavaz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst