Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Coşqun Kırca (türk. Ali Coşkun Kırca; 27 mart 1927, Konstantinopol – 24 fevral 2005, İstanbul) — türk diplomat və siyasətçisi.

Coşqun Kırca

  • Ana Səhifə
  • Vikipediya
  • Coşqun Kırca

Əli Coşqun Kırca (türk. Ali Coşkun Kırca; 27 mart 1927, Konstantinopol – 24 fevral 2005, İstanbul) — türk diplomat və siyasətçisi.

Coşqun Kırca
türk. Ali Coşkun Kırca
Türkiyə Respublikasının xarici işlər naziri
5 oktyabr 1995 – 30 oktyabr 1995
Baş nazirTansu Çillər
ƏvvəlkiƏrdal İnönü
SonrakıDəniz Baykal
Türkiyə Böyük Millət Məclisinin 12, 13 və 19-cu çağırış millət vəkili
14 noyabr 1991 – 4 dekabr 1995
Seçim bölgəsi1991 – İstanbul
25 oktyabr 1961 – 12 oktyabr 1969
Seçim bölgəsi1961 – İstanbul
1965 – İstanbul
Şəxsi məlumatlar
Doğum tarixi 27 mart 1927(1927-03-27)
Doğum yeri
  • Konstantinopol, Türkiyə
Vəfat tarixi 24 fevral 2005(2005-02-24) (77 yaşında)
Vəfat yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Feriköy məzarlığı
Partiya
  • Cümhuriyyət Xalq Partiyası,
  • Doğru Yol Partiyası (1991–1995)
Təhsili İstanbul Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti diplomat və siyasətçi

Mündəricat

Həyat və fəaliyyəti

Coşqun Kırca Şişli Tərəqqi Liseyi, Qalatasaray Liseyini və İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olub. 1950-ci ildə Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. 1956-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsində iqtisadiyyatdan asistant kimi dərs desə də, eyni ildə universitetdən istefa vermişdir. 1956-1963-cü illərdə "Forum" jurnalı, "Yeni gün", "Vətən", "Kim dərgisi" və "Yeni Vətən" qəzetlərində yazılar yazıb. O, 27 may 1960-cı il çevrilişindən sonra yaradılmış Nümayəndələr Palatasına CHP-dən (Cümhuriyyət Xalq Partiyası) üzv olub. 1961-1969-cu illər arasında iki müddət CHP-dən İstanbul millət vəkili seçilib. 1969-cu ildə isə Xarici İşlər Nazirliyinə geri qayıdıb. 1969-cu ildən 1985-ci ilə qədərki fəaliyyətində Türkiyəni müxtəlif beynəlxalq təşkilatlar və komissiyalarda təmsil edib.

1985-1986-cı illərdə Ottavada səfir vəzifəsində çalışdığı müddətdə, 12 mart 1985-ci ildə səfirliyə bombalarla silahlanmış Erməni inqilab ordusunun üzvləri olan üç erməni yaraqlısı tərəfindən basqına məruz qalıb. Hadisə zamanı Kanadanın təhlükəsizlik işçilərindən biri güllələnərək öldürülüb. Səfir olan Kırca yaralansa da, sağ qalıb. Kırca Ottava səfirliyinə təyin olunmazdan əvvəl, onun sələfi Atilla Altıqat da ASALA hücumunda həyatını itirmişdi.

1986-cı ildə təqaüdə çıxdıqdan sonra "Hürriyət", "Milliyət" və "Yeni Yüzyıl" qəzetlərində yazılar yazıb. 1991-ci ildə Doğru Yol Partiyasından İstanbul millət vəkili seçildikdən sonra, 1995-ci ildə Tansu Çillərin rəhbərliyi ilə qurulan 51-ci Türkiyə hökumətində Xarici İşlər naziri vəzifəsində çalışıb. 1990-cı illərin ikinci yarısında Qalatasaray Universitetinin Beynəlxalq Münasibətlər kafedrasında dərs deyib. Coşqun Kırca 2004-cü ildə bəzi hərbi komandirləri çevrilişə təhrik etməkdə ittiham olunub.

Coşqun Kırca TBMM-nin 12-ci, 13-cü və 19-cu çağırışlarında İstanbuldan millət vəkili seçilib.

Evli olan və üç övladı olan Coşqun Kırca həmçinin Qalatasaray Universitetinin və "500 il" Vəqfinin qurucularından biri olub.

Ölümü

Coşqun Kırca 24 fevral 2005-ci ildə İstanbulda ürək tutmasından vəfat edib.

Ədəbiyyat

  • Şimşir, Bilal. Şehit Diplomatlarımız (1973-1994). Ankara: Bilgi Yayınevi. 2000. ISBN 975-494-924-7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, coşqun kırca sözünün mənası, coşqun kırca haqqında məlumat. coşqun kırca nədir? coşqun kırca nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bərgüşad (Bicar)

  • Fevral 25, 2026

    Konnektikut

  • Fevral 27, 2026

    Hammurapi qanunları

  • Fevral 27, 2026

    Abstraktlaşdırma

  • Fevral 27, 2026

    Əkka

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst