CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır.
![]() Loqosu | |
| Ölkə | |
|---|---|
| Kinoteatr sayı | 8 |
| Ekran sayı | 38 |
| Oturacaq sayı | 3802 |
| Rəhbərlik | Zaur Darabzadə |
| cinemastercard.az | |
Tarixi
Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur. 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu. 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir.
Haqqında
Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir.
Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır. Azərbaycanda Dolby Atmos texnologiyası ilk dəfə CinemaPlus tərəfindən tətbiq edilmişdir.
CinemaPlus Azərbaycanda yerli dublyajın inkişafı ilə məşğul olur və gündəlik olaraq bu filmlərə bir neçə seans ayırır. Dublaj Cinemazadeh studiyası tərəfindən hazırlanır. Bundan əlavə, açıq havada kino nümayişləri, kino həftələri, filmlər üçün xüsusi nümayişlər keçirilir.
Kinoteatrlar
- 28 Mall
- Gənclik Mall
- Dəniz Mall
- Azərbaycan Kinoteatrı
- Amburan Mall (3 zal, 164 yer)
- Gəncə Mall (5 zal, 453 yer)
- Xəmsə Park (Gəncə, 5 zal və 461 yer)
- Nizami Kinoteatrı (Sumqayıt, açılışında İlham Əliyev iştirak edib)
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cinemaplus sözünün mənası, cinemaplus haqqında məlumat. cinemaplus nədir? cinemaplus nə deməkdir?
