Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sər

Ceyran Haşımova

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyran Haşımova

Haşımova Ceyran Əsəd qızı (8 mart 1934, Bakı) — tarzən, Azərbaycanın xalq artisti.

Ceyran Haşımova
Ceyran Əsəd qızı Haşımova
Ümumi məlumatlar
Doğum tarixi 8 mart 1934(1934-03-08) (91 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janr muğam
Musiqi aləti tar
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1987

Mündəricat

Həyatı

Ceyran Haşımova 8 mart 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ömrünün əlli ilindən çox hissəsini milli musiqi mədəniyyətimizin inkişafına və təbliğinə sərf etmişdir. 1952-1956-cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. 1958-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində müəllimə kimi fəaliyyət göstərmiş və Səid Rüstəmov adına xalq çalğı orkestrində saz qrupunun konsertmeysteri olmuşdur. 1964-cü il 8 mart tarixindədə ilk dəfə Azərbaycan xalq çalğı alətlərindən ibarət “qızlar” ("Lalə" qızlar) ansamblını yaratmışdır." Cehran Haşımovanın rəhbərliyi ilə Lalə" qızlar ansamblı Sovet İttifaqının müxtəlif ölkələrini və Azərbaycanı qarış-qarış gəzərək yüzlərlə konsertlər vermiş, milli musiqimizi təmsil etmişdir. Həmçinin, 90-cı illərdə cəbhə zonalarında əsgərlər qarşısında sayılı konsertlər vermişdir. Ansamblda istedadlı və özünəməxsus yer tutan mügənnilər yetişmişdir. Onların əksəriyyəti fəxri adlara (əməkdar artist, xalq artisti) layiq görülmüşdür. Eyni zamanda, 1956-cı ildən Asəf Zeynallı adına musiqi texnikumunda (indiki musiqi kolleci) fəaliyyət göstərdiyi dövrdə dərs dediyi istedadlı tar ifaçıları da fəxri adlarla (əməkdar artist, xalq artisti, İncəsənət xadimi) təltif olunmuşdur. Ceyran Haşımova Sovet İttifaqı dövründə və Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bir sıra medallara və fəxri adlara layiq görülmüşdür:

  • 1985 – "Əmək veteranı" medalı
  • 1987 – "Əməkdar Artist" fəxri adı
  • 2003 – Prezident Təqaüdçüsü
  • 2004 – Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri" nişan
  • 2006 – "Xalq Artisti" fəxri adı

"Lalə" Qızlar ansamblında bir çox müğənnilər – Raziyə Şirinova, Təranə Vəlizadə, Mahrux Muradova, Nisə Qasımova, Ruhəngiz Allahverdiyeva, Kəmalə Rəhimli, Firuzə İbadova və s. həmçinin, musiqi alətləri ifaçıları fəaliyyət göstərmişlər.

Tanınmış musiqiçi,"Rast" qrupunun bəddi rəhbəri, bəstəkar və aranjimançı,"Əməkdar artıst" Rəşad Haşımov onun oğludur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyran Haşımova haqqında məlumat. Ceyran Haşımova nədir? Ceyran Haşımova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Alkinous

  • Fevral 23, 2026

    Bolqar dili

  • Fevral 27, 2026

    Sind

  • Fevral 27, 2026

    İldiko

  • Fevral 25, 2026

    Genetik xəstəliklər

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst