Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi fi

Ceyms Kemeron

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyms Kemeron

Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.. "Forbes" jurnalı onun sərvətini 1.1 milyard dollar qiymətləndirib.

Ceyms Kemeron
ing. James Cameron
Doğum adı James Francis Cameron
Doğum tarixi 16 avqust 1954 (71 yaş)
Doğum yeri Kapuskasinq, Ontario, Kanada Kanada
Vətəndaşlığı Kanada
Həyat yoldaşı
  • Syuzi Emis (2000)
Uşaqları Ceyms Kemeron, Devi Kemeron
Atası Filip Kemeron
Anası Şirli Kemeron
Fəaliyyəti rejissor, prodüser, redaktor, ssenari müəllifi
Fəaliyyət illəri 1978–bu günə kimi
Təhsili
  • Kaliforniya Dövlət Universiteti, Fallerton[d]
Boyu 187 sm
Mükafatları "Kanada" ordeninin üzvü
Ən yaxşı filmə görə "Oskar" mükafatı — 1998 Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı — 1998 Golden Globe Award for Best Director — 1997 Golden Globe Award for Best Director — 2009
IMDb ID0000116
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası

Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.

Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub. Cameron Amerika montajçılar cəmiyyətinin üzvüdür. 

Lightstorm Entertainment prodüser şirkəti ona məxsusdur. Bu şirkəti Larri Kasanoffla birlikdə 1990-cı ildə açmışlar. Şirkət Terminator 2: Axirət günü, Titanik , Avatar kimi filmlərə prodüserlik edib.

Cameronun dediyinə görə ona işlərində yaxşı mənada təsir edənStanley Kubrick olub. 

Ceyms Kemeron ateistdir. Ondan soruşanda ki, dünyadan köçmüş insanlardan kimlə görüşmək istərdiniz? Cavabı belə verir: "İsa peyğəmbərlə. Ondan soruşmaq istəyirəm ki, bütün bu işləri necə edib. Bu ideologiyanı bu qədər insanın beyninə necə yeridib." 

İlk dəfə tarixdə James Cameron xüsusi effektlər üçün "morphing" adlanan kopyuter proqramından istifadə edib. Əsasən də Terminator 2: Axirət günü filmində "morphing" özünü daha çox göstərib. Robert Patrick  bu proqramın köməyi ilə öz formasını dəyişirdi. 

Filmoqrafiya

İlFilmin orijinal adıFilmin Azərbaycan dilində adıVəzifəsi
1981Galaxy of TerrorQalaktik terrorikinci dərəcəli rejissor
1981Piranha II: The SpawningPirana 2rejissor, ssenari həmmüəllifi
1984The TerminatorTerminatorrejissor, ssenari həmmüəllifi
1985Rambo: First Blood Part IIRembo: Birinci qan. II hissəssenari həmmüəllifi
1985Rambo: First Blood Part IIRembo: Birinci qan. II hissəssenari həmmüəllifi
1986AliensYadlarssenari müəllifi, rejissor
1989AbyssUçurumrejissor, ssenari həmmüəllifi
1991Terminator 2: Judgment DayTerminator 2: Axirət günüprodüser, rejissor, ssenari həmmüəllifi
1991Point BreakQırılma nöqtəsiicraçı prodüser
1994True LiesHəqiqi yalanrejissor, ssenari həmmüəllifi, prodüser
1995Strange DaysQəribə günlərsüjet müəllifi, ssenari həmmüəllifi, prodüser
1997TitanicTitanikrejissor, ssenari müəllifi, prodüser
2002SolarisSolarisprodüser
2009AvatarAvatarrejissor, ssenari müəllifi, prodüser
2011SanctumSanktumicraçı prodüser
2012Cirque du Soleil: Worlds AwaySoleil Sirki: Serhli dünyaicraçı prodüser
2019Alita: Battle AngelAlita: döyüş mələyissenari həmmüəllifi, prodüser
2019Terminator: Dark FateTerminator: Qara talelərsüjet həmmüəllifi, prodüser

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyms Kemeron haqqında məlumat. Ceyms Kemeron nədir? Ceyms Kemeron nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tokelau

  • Fevral 12, 2026

    Vahid

  • Fevral 27, 2026

    Salvia aerea

  • Fevral 27, 2026

    Vədi Səbra

  • Fevral 27, 2026

    Şura surəsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst