Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru.

Ceyhun Nazıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyhun Nazıyev

Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru.

Ceyhun Nazıyev
Ceyhun Yaşar oğlu Nazıyev
Doğum tarixi 23 mart 1965 (60 yaş)
Doğum yeri Azərbaycan Azərbaycan SSR, Bakı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat elmləri
Elmi dərəcəsi Texnika elmləri doktoru
Elmi adı Professor
İş yerləri Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
İmza

Mündəricat

Həyatı

Ceyhun Yaşar oğlu Nazıyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur.

1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna göndərilmişdir. O, burada mühəndis, sonra kiçik elmi isşi vəzifəsində calışmışdır.

1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında müvəffəqiyyətlə müdafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir. 1994-cü ildə həmin kafedrada dosent secilmişdir.

1997-ci ildə doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. İstilik fizikası sahəsində respublikada ən gənc elmlər doktoru Ceyhun Nazıyevdir. O, 32 yaşında texnika elmləri doktoru dərəcəsinə layiq görülmüşdür.

Ceyhun Nazıyevin elmi işləri əsasən karbohidrogenlərin və başqa üzvi maddələrin sıxlığı, istilikkeçirməsi, dinamik özlülüyü və səs sürətinin öyrənilməsinə həsr edilmişdir. O, 110 elmi və tədris işlərinin, 3 monoqrafiya, 5 dərs vəsaiti, 3 metodik vəsaitin müəllifidir, əsərlərinin əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə dərc edilmişdir. Xarici ölkələrdə kecirilən beynəlxalq konqress və simpoziumlarda dəfələrlə məruzələrlə cıxış etmişdir.

Elmdə qazandığı müvəffəqiyyətlərə görə o, 1996-cı ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

1998-ci ildə ADNA-nın fizika kafedrası üzrə mösabiqə yolu ilə professor vəzifəsinə seçilmişdir.

Ceyhun Nazıyev Dövlət Universititetinin nəzdində fəaliyyyət göstərən Müdafiə Şurasının üzvü olmuş və hal-hazırda Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə Şurasının üzvüdür.

2004-cü ildə professor elmi adını almışdır. Prof. C. Nazıyev 2002–2003 tədris ilində bir il müddətində ABŞ-nın Kanzas Universitetində ixtisasartırma kursunda olmuşdur.

2007-ci ildə Almaniyada (Elm üzrə) staj keçmişdir.

2010-cu ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.

Ailəsi

  • Atası: Yaşar Nazıyev professor, Azərbaycan Respublikasının əməkdar elm xadimidir.
  • Anası: Nahidə-Leyla Məmmədova Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın nəticəsidir.
  • Bacısı: Zərəngiz Nazıyeva Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əsas elmi əsərlərin adları

  1. Yüksək təzyiqlərdə çoxkomponentli karbohidrogen qarışıqlarının istilikkeçirməsi (rus dilində). Bakı. Elm. 1996.-76s.
  2. Karbohidrogenlərin istilikkeçirməsi və onun ölçülmə metodları (rus dilində). Bakı. Elm. 2001.-361s.
  3. Maye və qazların istilikkeçirməsinin ölçülməsi. Bakı. Elm. 2001.-171s.
  4. Molekulyar fizikadan mühazirələr (dərs vəsaiti). Bakı. 1995.-49s.
  5. Termodinamikanın tarixi və metodologiyası (dərs vəsaiti). Bakı. 1998.-134s.
  6. Maye və qazların sıxlığının ölçülməsi metodikası (metodik vəsait). Bakı. 2001.-118s.
  7. Maddələrin istilik fizikası (dərslik). Bakı, Təhsil, 2004.-478s.
  8. Tətbiqi termodinamika (dərs vəsaiti) Bakı, Təhsil, 2007.-254s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceyhun nazıyev sözünün mənası, ceyhun nazıyev haqqında məlumat. ceyhun nazıyev nədir? ceyhun nazıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Mətn

  • Fevral 25, 2026

    İstifadəçi interfeysi

  • Fevral 27, 2026

    Şamaxı şəhəri

  • Fevral 27, 2026

    Çuğundur

  • Fevral 27, 2026

    Pifaqorçular məktəbi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst