Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyhun Ramiz oğlu Cəlilov (1987, Şahbuz) — Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (2025-ci ildən), Naxçı

Ceyhun Cəlilov

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyhun Cəlilov

Ceyhun Ramiz oğlu Cəlilov (1987, Şahbuz) — Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi (2025-ci ildən), Naxçıvan MR Baş naziri (2024–2025), Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri (2023–2024).

Ceyhun Cəlilov
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi
Vəzifədədir
12 noyabr 2025-ci ildən
    ƏvvəlkiFuad Nəcəfli
    Naxçıvan Muxtar Respublikasının Baş naziri
    25 aprel 2024 – 12 noyabr 2025
    ƏvvəlkiSəbuhi Məmmədov
    SonrakıElşad Əliyev (Müvəqqəti)
    Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
    15 mart 2023 – 25 aprel 2024
    ƏvvəlkiNicat Babayev
    SonrakıFərid Bağırzadə (i. e.)
    Şəxsi məlumatlar
    Doğum tarixi 1987(1987) (38–39 yaş)
    Doğum yeri
    • Şahbuz, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
    Təhsili
    • Azərbaycan Dövlət İqtisad Universiteti (2005–2012),
    • Esseks Universiteti (2012–2013),
    • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (2023–2025)
    Fəaliyyəti siyasətçi, iqtisadçı

    Həyatı

    Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə isə magistratura pilləsini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İdarəetmə Mühasibləri üçün Rəsmi İnstitutda (ing. Chartered Institute of Management Accountants) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir. 2023–2025-ci illər ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (ing. London School of Economics and Political Science) Dövlət və ictimai idarəetmə üzrə idarəedici rəhbərlər üçün magistr dərəcəsi almışdır.

    Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur. 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.

    Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edilmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, ceyhun cəlilov sözünün mənası, ceyhun cəlilov haqqında məlumat. ceyhun cəlilov nədir? ceyhun cəlilov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Kapillyar

    • Fevral 28, 2026

      Dəvət-Qoç (qəzet)

    • Fevral 27, 2026

      Monteneqro Prezidenti

    • Mart 02, 2026

      Yuxarı Qarabulaq

    • Fevral 27, 2026

      Qrossheym armudu

    Trend Mahnılar
    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst