Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929, Los-Anceles, Kaliforniya – 21 iyul 2004[…], Beverli-Hillz, Kaliforniya) — am

Cerri Qoldsmit

  • Ana Səhifə
  • Vikipediya
  • Cerri Qoldsmit

Cerrald Kinq "Cerri" Qóldsmit (ing. Jerrald King "Jerry" Goldsmith; 10 fevral 1929, Los-Anceles, Kaliforniya – 21 iyul 2004[…], Beverli-Hillz, Kaliforniya) — amerikalı bəstəkar və dirijor, 250-dən çox televiziya layihəsi və film üçün musiqi müəllifidir. Məşhur Universal Studios açılış musiqisinin müəllifi.

Cerri Qoldsmit
ing. Jerry Goldsmith
Ümumi məlumatlar
Doğum adı Jerrald King Goldsmith
Doğum tarixi 10 fevral 1929
Doğum yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat tarixi 21 iyul 2004 (75 yaşında)
Vəfat yeri Beverli-Hillz, Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi kolorektal xərçəng
Dəfn yeri
  • Hilsayd qəbiristanlığı[d]
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dirijor, film bəstəkarı
Fəaliyyət illəri 1951 – 2004
Janrlar klassik musiqi, film musiqisi, müasir klassik musiqi
Musiqi aləti piano
Albom şirkəti Monument Records
Təhsili
  • Cənubi Kaliforniya Universiteti
Mükafatları Oskar (1977)
Enni (1998)
Emmi (1973, 1975, 1976, 1981, 1995)
Saturn (1984)
jerrygoldsmithonline.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Cerri Qoldsmit 10 fevral 1929-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) əslən Rumıniyadan olan yəhudi ailəsində anadan olub. Anası Tessa rəssam, atası Morris Qoldsmit inşaat mühəndisi idi. Altı yaşı olanda Cerri pianoda ifa etməyi öyrənir. O, Cənubi Kaliforniya Universitetində təhsil alır, burada məşhur bəstəkar Mikloş Rojanın kursunu keçir və bütün bunlar onu kino üçün musiqi bəstələməyə həvəsləndirir. Şerron Hennecinlə nikahından Coel Qoldsmit adlı oğlu olur. 18 dəfə "Oskar" mükafatına namizədliyi irəli sürülüb və "Omen" (1976) filmi üçün yazılan musiqiyə görə "Oskar" qazanıb. Həmçinin beş dəfə "Emmi" mükafatı qazanıb. Cerri Qoldsmit 21 iyul 2004-cü ildə 75 yaşında xərçəng xəstəliyi ilə uzun mübarizədən sonra vəfat edib.

Seçilmiş filmoqrafiya

Filmin ili Filmin azərbaycanca adı Filmin orijinal adı
1973 f Kəpənək Papillon
1984 f Qremlinlər Gremlins
1989 f Cadugər Warlock
1990 f Hər şeyi xatırlayarkən Total Recall
1991 f Düşmənlə yataqda Sleeping with the Enemy
1993 f Zülmkar Dennis Dennis the Menace
1994 f Kölgə The Shadow
1995 f Konqo Congo
1997 f Məxfi Los-Anceles L.A. Confidential
1997 f Prezidentin təyyarəsi Air Force One
1997 f Son hədd The Edge
1998 f Qanun Xidmətçiləri U.S. Marshals
1998 f Mulan Mulan
1999 f Mumiya The Mummy
2000 f Gözəgörünməz Hollow Man

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cerri qoldsmit sözünün mənası, cerri qoldsmit haqqında məlumat. cerri qoldsmit nədir? cerri qoldsmit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tomaş Masarik

  • Fevral 27, 2026

    Həsənsu

  • Fevral 27, 2026

    Sakrament

  • Fevral 27, 2026

    Xalça məmulatları

  • Mart 04, 2026

    İndoneziya rupiyası

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst