Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək

Cek (pavian)

  • Ana Səhifə
  • Vikipediya
  • Cek (pavian)

Cek (ing. Jack) və ya ləqəbi ilə Siqnalçı Cek (ing. Jack the Signalman; ö. 1890) – Cənubi Afrikada fiziki məhdudiyyətli dəmiryol siqnalçısı olan sahibinə kömək etməsi ilə məşhurlaşan çakma pavianı.

Cek
Cek və sahibi Ceyms Uid
Cek və sahibi Ceyms Uid
Məlumatlar
Növü çakma pavianı
Doğum tarixi bilinmir
Ölüm tarixi 1890
Ölüm yeri Cənubi Afrika
Peşə siqnalçı
Fəaliyyət illəri 1881-1890
Sahibi Ceyms Uid
Boyu 1,37 m

1880-ci ildə Cənubi Afrikada Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəldi. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu aldı, ona Cek adını verdi və onu öyrədərək şəxsi köməkçisinə çevirdi.

Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başladı. Əvvəlki sahibi Uidə xəbərdar etdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Bir gün Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi.

Lakin tezliklə Cek qatar stansiyasındakı işində də sahibinə kömək etməyə başladı. Qatarlar Eytenxaxe dəmiryolu stansiyasındakı dəmiryol siqnalına yaxınlaşanda hansı istiqamətə gedəcəyini müəyyənləşdirən siqnalçını xəbərdar etmək üçün fit çalırdılar. Cek sahibini izləyərək vəziyyəti qavradı və qolları qaldırmağa başladı.

Qısa müddət sonra Uid meymununu peşəkar şəkildə işi öyrədə bildi və köməkçisi sayəsində işi daha yüngülləşdi.

Bir gün pəncərədən baxan lüks qatar sərnişinlərindən biri siqnalçının insan deyil, meymun olduğunu görəndən sonra vəziyyəti Keyptaunda dəmiryol şirkətinə şikayət etdi. Dəmiryolu şirkətinin sahibləri mövzunu araşdıraraq meymunu və sahibini vəzifədən azad etdilər. Uid meymunun bacarıqlarının test edilməsi üçün xahiş etdi. Uidin xahişi qəbul edildi və bu işi bacarıb-bacarmadığını öyrənmək üçün onu test etməyə qərar verdilər. Maşinistə gizli təlimatlar verildi və hər dəfə fərqli siqnal verdi. Meymunun işi peşəkarca qavradığını görən dəmiryolu müfəttişləri Cekə rəsmi iş nömrəsi verdilər. Cek üçün 20 sentlik maaş və həftəlik 1 şüşə pivə təyin olundu. Dəmiryolu müfəttişlərindən biri olan Corc B. Houv xatirələrində Cek haqqında tez-tez danışırdı.

Cek 1890-cı ildə vərəmdən öldü. 9 il boyunca dəmiryolunda işini səhvsiz icra etmişdi. Hazırda onun skeleti Qreyamstaun yerləşən Albani muzeyində sərgilənir və köhnə Eytenxaxe stansiyasında ona həsr olunmuş fotoqrafik muzey yaradılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, cek (pavian) sözünün mənası, cek (pavian) haqqında məlumat. cek (pavian) nədir? cek (pavian) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ephedra aspera

  • Fevral 27, 2026

    Enn Heç

  • Mart 01, 2026

    Nebitdağ

  • Mart 01, 2026

    Bəm şəhristanı

  • Mart 02, 2026

    D12

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst