Cavanşir Əsgər oğlu Carçıyev — Qazax rayonu İcra hakimiyyətinin sabiq başçısı
| Cavanşir Carçıyev | |
|---|---|
| Cavanşir Əsgər oğlu Carçıyev | |
| – 22 avqust 1993 | |
| Sonrakı | Nəsimi Şahmalıyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1952 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1994 (41–42 yaşında) |
| Partiya |
|
Carçıyev Cavanşir 1952-ci il yanvarın 5-də Qazax rayonunun Çaylı kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Neft-Kimya institutunu bitirdikdən sonra təyinat yerinə işləməyə gedərək 1979-cu ilədək Qorki vilayətinin Vıksa şəhərində elektrik idarəsində usta vəzifəsindən idarənin rəisi vəzifəsinə qədər yüksəlib. 1979–1981-ci illərdə Gəncə elektrik quraşdırma idarəsində baş iş icraçısı və başqa illərdə müxtəlif vəzifələrdə işləyib.
Azərbaycanda Milli Azadlıq Hərəkatı başlayan illərdə öncüllərdən biri olub. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin Qazax rayon şöbəsinin İdarə heyətinin üzvü, AXCP-nin hakimiyyəti illərində, Müharibənin ən qızğın dövründə Qazax Rayon İcra Başçısı vəzifəsində çalışıb. 1994-cü ildə faciəvi şəkildə dünyasını dəyişib.
Həmçinin bax
- Carçıyevlər
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cavanşir Carçıyev haqqında məlumat. Cavanşir Carçıyev nədir? Cavanşir Carçıyev nə deməkdir?