Qafqaz zirəsi (lat. Carum caucasicum) — bitkilər aləminin kərəvizçiçəklilər dəstəsinin kərəvizkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.
| Qafqaz zirəsi | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Careae Cins: Növ: Qafqaz zirəsi | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir. Dəniz səviyyəsindən 2000 m-dən yuxarıda tək-tək müşahidə edilir. Əsasən alp və subalp çəmənlərdə rast gəlinir.
Yayılması
Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu — subalp yüksəklikləri) və qərb hissəsi, Kiçik Qafqazın şimal (Daşkəsən rayonu — Xoşbulaq yaylası) və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Gəmiqaya və Göygöl əraziləri, Ordubad rayonu — Qaraquş ətəkləri).
Sayı və tendensiyası
Məhdud ərazidə yayılan azsaylı populyasiyadır.
Məhdudlaşdırıcı amillər
Mənfi iqlimə həssaslıq müşahidə olunur.
Mühafizə tədbirləri
Qorunması mühüm olan növdür.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, carum caucasicum sözünün mənası, carum caucasicum haqqında məlumat. carum caucasicum nədir? carum caucasicum nə deməkdir?
